
Bakı/02.07.18/Turan: İyulun 3-4-də Bakıda və Abşeronda isti hava şəraiti davam edəcək, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-27, gündüz 40-43, Bakıda gecə 25-27, gündüz 40-43 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Departamenti məlumat verib.
Abşeron çimərliklərində suyun temperaturu 28-30 dərəcə isti olacaq.
Aran rayonlarında gecə havanın temperaturu 22-27, gündüz 40-44, bəzi yerlərdə 46 dərəcə isti olacaq.
Dağlarda havanın temperaturu 28-33 dərəcə isti olacaq.
Yüksək temperatur meteohəssas adamlarda rahatsızlıq yaradacaq. Bununla əlaqədar sinoptiklər xəbərdarlıq edirlər ki, gündüz vaxtı açıq havada olmaq saglamlıq üçün təhlükəli ola bilər. -06D--
Rəy yaz