
Bakı/01.07.18/Turan: İyulun 1-də Bakıda və Abşeronda havanın temperaturu 43-44 dərəcə isti olub. Bu, son 120 ildə Bakıda və Bakı ətrafında ən isti gün olub, bazar günü Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Departamenti bildirib.
Əvvəlki rekord göstərici 2017-ci ilin avqustunda qeydə alınıb. Havanın temperaturu 41,6 dərəcə isti olub.
Sinoptiklərin məlumatına görə, iyulun 2-də şimal küləyi əsəcək və bu, havanın temperaturunun bir qədər enməsinə səbəb olacaq.
Ancaq iyulun 3-4-də havanın temperaturu yenidən yüksələcək.
İyulun 5-dən 8-dək havanın temperaturunun orta aylıq iqlim normasına yaxınlaşacağı gözlənilir.-06D--
Rəy yaz