Jurnalist Elçin Həsənov xuliqanlıqda ittiham olunub
Jurnalist və fəal Elçin Həsənova qarşı CM-in 221.1-ci maddəsi (xuliqnlıq) ilə cinayət işi açılıb. İstintaqı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Bu barədə Turan-a E.Həsənov özü bildirib.
Onun sözlərinə görə, buna bir il öncəki insident səbəb olub. Belə ki, o zaman özü “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun hücumuna məruz qalıb. C.Cəfərov hazırda pul tələb etmək ittihamı ilə istintaq altındadır.
O zaman jurnalist DİN xidmətinə (102 saylı) şikayət edib. Bir müddət sonra C.Cəfərov həbs edilib, lakin E.Həsənovun şikayəti üzrə yox, pul tələb etmək faktı üzrə.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi E.Həsənovun şikayəti üzrə insidenti araşdırıb və onu zərərçəkən kimi tanıyıb. İş üzrə məhkəmə bu yaxınlarda olub. C.Cəfərov və E.Həsənov qarşılıqlı olaraq bir-birinə iradlardan imtina ediblər.
Lakin martın 3-də E.Həsənov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və ona qarşı xuliqanlıq ittihamı (maddə 221.1) irəli sürülüb. Ondan istintaq sirrinin açıqlanmaması barədə iltizam alınıb. Yaxın vaxtlarda iş məhkəməyə veriləcək. Proses başa çatana qədər o, həbs qətimkan tədbiri altında – “polis nəzarəti”ndə olacaq. Martın 4-də yenidən sözügedən idarəyə gəlmək tapşırılıb.
E.Həsənov hesab edir ki, jurnalist və müxalifətçi fəaliyyətinə görə təqib edilir. E.Həsənov Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” qəzetinin baş redaktor müavinidir. Qəzetin yalnız İnternet versiyası nəşr olunur (yukselis.info). https://www.facebook.com/Elcin.Hasanov?fref=ts.
Bundan əlavə, o, AXCP Ali Məclisinin üzvü, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatı rəhbərinin müavinidir.
E.Həsənov zərərçəkən qismindən gözlənilmədən müttəhim qisminə keçirilməsini bu yaxınlarda Facebook-da əsgərlər üçün ayrılan ət konservlərinin bazarda satışı haqda informasiya yayması ilə əlaqələndirir.
Jurnalist özünə qarşı cinayət təqibini, xüsusilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən təqibləri qanunsuz hesab edir. Belə ki, ona qarşı irəli sürülən maddə ağır və mütəşəkkil cinayətlərə aid deyil. –06B—
-
- İqtisadiyyat
- 3 Mart 2016 12:26
-
- Cəmiyyət
- 3 Mart 2016 13:01
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz