Jurnalist Əvəz Zeynallı 200 manat cərimə edilib
Bakı/20.12.17/Turan: Ötən gün saxlanılan "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün sərbəst buraxılıb. Binəqədi Rayon Məhkəməsi onun 200 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.
Jurnalist İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (polis nümayəndəsinin qanuni tələblərinə tabe olmamaq) məsuliyyətə cəlb edilib.
Ə.Zeynallı Turan-ın müxbirilə söhbətində özünə qarşı ittihamın uydurma olduğunu bildirib.
O qeyd edib ki, məhkəmənin qərarından apellyasiya instansiyasına şikayət veriləcək.
Xatırladaq ki, Ə.Zeynallı Binəqədi şossesində nəqliyyatın hərəkətinin əsassız bağlanması ilə bağlı birbaşa efirdə danışarkən saxlanılıb. Polis əməkdaşları ondan reportajı dayandırmasını tələb ediblər. Ancaq Ə.Zeynallı öz peşə fəaliyyətini davam etdirdikdə onu saxlayıblar və Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinə aparıblar.-03D06-
-
- Enerji
- 21 Dekabr 2017 10:26
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz