Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin görüşünün yekunlarına dair bəyannamə
Bakı/20.12.17/Turan: Azərbaycan, Türkiyə və İran terrorizm, separatism və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayət və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı daha da gücləndirmək niyyətindədir. Bu barədə Azərbaycan, Türkiyə, Iranın xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair Bakı bəyannaməsində deyilir.
Bakı, Ankara və Tehran arasında iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi, sərmayə və ticarətin təşviqi naminə mövcud potensialdan istifadə, o cümlədən enerji, nəqliyyat, bankçılıq, telekomunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramların həyata keçirilməsi ilə əməkdaşlığın təşviqinə dəstək verilməsi barədə razılıq əldə edilib.
Həmçinin nazirlər neft, qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına hazır olduqlarını bildiriblər. -06B--
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz