Elxan Məmmədov İspaniya mətbuatını təkzib edir (YENİLƏNİB)
Bakı/20.12.17/Turan: AFFA-nın (Azərbaycan Futbol Federasiyası Assosiasiyası) baş katibi Elxan Məmmədov Azərbaycanın İspaniya Futbol Federasiyasına sponsorluq etməsi barədə bu ölkənin mətbuatında yayılan məlumatları təkzib edib.
O, İspaniya mətbuatının məlumatını "marketinq gedişi" adlandırıb. "Bu, marağın artırılması üçün marketinq gedişidir. Əgər bizim bu qədər pulumuz olsaydı, Azərbaycan çempionatında 8 yox, 14 klub iştirak edərdi", - o jurnalistlərə bildirib. -0-
* * *
2017 Dekabr 20 (Çərşənbə) 17:03:52
KİV: Azərbaycan İspaniya Futbol Federasiyasının baş sponsoru ola bilər
Bakı/20.12.17/Turan: İspaniyanın "AS" nəşri bildirib ki, Azərbaycan İspaniya Futbol Federasiyasının (RFEF) baş sponsoru ola bilər.
Nəşr məlumat verib ki, beş il müddətinə nəzərdə tutulan müqavilə 50 mln. avro təşkil edir və İspaniya federasiyasının tarixində ən iri sponsor sövdələşməsi olacaq.
Azərbaycanın hansı təşkilatının sponsor sazişini imzalamaq niyyətində olduğu açıqlanmır.
Sövdələşmə ötən şənbə günü bağlanmalıydı. Son anda RFEF nümayəndələri Bakıya səfəri ləğv etməli olublar. Buna səbəb İspaniya yığmasının 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatından kənarlaşdırılması ola bilər. Məsələ bundadır ki, İspaniya hökumətinin milli federasiyanın işlərinə müdaxiləsi FIFA-nın xoşuna gəlməyib. Federasiyanın prezidenti Anxel Mariya Vilyar (1988-ci ildən təşkilata rəhbərlik edir) 2017-ci ilin mayında səkkizinci dəfə bu posta seçilib. İyun ayında korrupsiyaya görə həbs edilmişdi. İspaniya İdman Şurası yeni prezident seçkisinin keçirilməsini təklif edib ki, bu da FIFA-nın narazılığına səbəb olub və İspaniya yığmasını Dünya Çempionatından kənarlaşdırmaqla hədələyib.
"AS" yazır ki, İspaniya yığmasının çempionatda iştirakının FIFA tərəfindən təsdiqlənməsi Bakı üçün müqavilənin imzalanmasından ötrü şərtdir. -71D-
-
- Siyasət
- 20 Dekabr 2017 16:41
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz