Prezident İlham Əliyev Malkolm Honlaynı qəbul edib
Bakı/20.12/17/Turan: Bu gün prezident İlham Əliyev Amerika yəhudi təşkilatları prezidentlərinin konfransının icraçı direktoru Malkolm Honlaynı qəbul edib.
Dövlət başçısının saytı məlumat verir ki, İ.Əliyev "2017-İslam Həmrəyliyi İli: dinlər və mədəniyyətlərarası dialoq" beynəlxalq konfransının əhəmiyyətini qeyd edərək M. Honlaynın bu tədbirdə iştirakının önəmini vurğulayıb. O, konfransın dinlər və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının sülh və firavanlıq şəraitində yaşaması üçün hər cür şəraitin yaradıldığı qeyd olunub.
Görüş zamanı həmçinin Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib.-06D--
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz