Мустафа Гаджибейли
Jurnalist Mustafa Hacıbəylinin işi üzrə məhkəmə başlayıb
Bakı/11.01.19/Turan: Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrliyi ilə bastainfo saytının redaktoru Mustafa Hacıbəylinin işi üzrə hazırlıq iclası başlayıb.
O və vəkili ittihamların əsassız olması ilə əlaqədar cinayət icraatına xitam verilməsi haqqında vəsatət qaldırıblar.
Hacıbəyli bildirib ki, o, yarım ildir siyasi sifarişlə təqib edilir.
"Bu, sifarişli işdir. Məni əvvəlcə şahid qismində cəlb etdilər, baxmayaraq ki, evimizə polis göndərmişdilər. Bu zaman telefonumu, kompüterimi, sənədlərimi müsadirə ediblər, uzun müddət kriminal axtarıblar, amma tapmayıblar.
Heç nə tapmadıqlarına görə üç qadını işə cəlb ediblər ki, guya mənim nəşrlərim onları sarsıdıb", deyə Hacıbəyli bildirib.
Onun sözlərinə görə, qeyd edilən məqalə Turan agentliyinin materialının təkrar nəşridir və KİV haqqında qanunun 62-ci maddəsinə əsasən, təkzib edilməyən materialın təkrar nəşrinə görə KİV məsuliyyət daşımır.
Amma məhkəmə vəsatəti təmin etməyib və mahiyyəti üzrə dinləmələri yanvarın 22-nə təyin edib.
* İyulun 9-da Baş Prokurorluq İnternetdə Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və demək olar ki, bütün Azərbaycanın elektrik təchizatından məhrum olmasına gətirib çıxaran Mingəçevirdə enerji böhranı ilə bağlı "yalan məlumatların" və "qanunsuz çağırışların" yayılması haqqında cinayət işi açıb.
Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.
Əvvəlcə Hacıbəyli şahid qismində keçirdi. Amma noyabrın 30-da o, təqsirləndirilən şəxs statusuna keçirilib. Ona qarşı CM-in 281.2 (dövlətə qarşı çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittihamlar irəli sürülüb.
Redaktor barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Mustafa Hacıbəyli Azərbaycanın görkəmli müxalif jurnalistlərindən biridir. O, 20 ildən çox müxtəlif Azərbaycan KİV-lərində işləyib. O, həmçinin Müsavat Partiyasının sədri Arif Hacılının qardaşıdır. -16/03D-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz