Jurnalistə qarşı məhkəmənin hazırlıq iclası təxirə salınıb
Bakı/07.06.19/Turan: İyunun 7-də Bakının Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə Səhiyyə Nazirliyi qarşısında təkbaşına aksiya keçirən Teymur Kərimova qarşı iddia üzrə hazırlıq iclası başlayıb.
Səhiyyə Nazirliyi Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət işi qaldırılması iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Vəkillərin Səhiyyə Nazirliyinin hüquqi şəxs olaraq fiziki şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verə bilməməsi ilə bağlı qaldırdığı vəsatətdən sonra hakim hazırlıq iclasını iyunun 10-dək təxirə salıb.
Teymur Kərimov Turan-a bildirib ki, dünəndən anasının səhhəti kəskinləşib.
"O, hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ümid qalmadığını deyir", deyə o qeyd edib.
Teymur Kərimov jurnalistdir, internet saytlarının birində işləyir. O, mayın 18-də Səhiyyə Nazirliyi qarşısında təkbaşına keçirdiyi aksiya zamanı dediyi sözlərə görə məhkəməyə verilib.
"Anam onkoloji xəstədir və xəstəxanada ona lazım olan dərmanlar və reaktivlər vaxtlı-vaxtında verilmir, rüşvət alırlar. Ona görə aksiya keçirmişəm. Rüşvət vermişəm ki, demişəm. Anama görə məcbur olub rüşvət vermişəm. Axırda pulum qurtardı, gördüm dərmanları ala bilmirəm. Spirtdi, bintdi, reaktivlərdir, bunların heç biri verilmir. Axırda 500 manat lazım idi ki, gedib anam üçün dərman alım. Bunun üçün mən gedib Səhiyyə Nazirliyinin qarşısında paltarlarımı satışa çıxarıb aksiya etdim. Mən doğru olanı demişəm", deyə jurnalist qeyd edib.
Bu gün məhkəmənin qarşısına çoxsaylı insanlar, o cümlədən onkoloji və şəkərli diabet xəstələri toplaşıb. Onlar səhiyyə sistemində rüşvət hallarının olmasını və xəstələrə pulsuz verilməsi nəzərdə tutulan dərmanların vaxtında verilməməsini iddia ediblər.
"Hərbi xidmət əliliyəm. Həyat yoldaşım da əlildir. Hər birimiz 130 manat pensiya alırıq. Məndən də pul istəyirlər", deyə məhkəməyə gələn insanlardan biri bildirib.
"Teymur Kərimov düz deyir. Səbail rayonunda şəkərli diabet xəstələri hər ayın 1-də dərman almaq üçün saat 5-dən növbəyə dururlar. Bu, biabırçılıqdır", deyə bir qadın qeyd edib.
Bakının Binəqədi rayonunun 7-ci mikrorayonunun sakini deyib ki, şəkərli diabet xəstəsi deyib ki, xəstələrə dərmanları yalnız bir aptekdəki bir pəncərədən verirlər.
"60-70 nəfər şəkərli diabet xəstəsi gəlir orada növbədə əsəbləşir, dava edib, gedir. Sonra dərmanları apteklərdə satdırılar", deyə o qeyd edib.
Səhiyyə Nazirliyi Teymur Kərimovun dediklərini təkzib edib. Nazirliyin yaydığı məlumatda Kərimovun anasına edilən müalicələrin pullu olması barədə iddia əsassız adlandırılıb.
"Bu adamın nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstənin müalicə kursları müasir protokollara uyğun olaraq aparılır. Protokola daxil olan preparatlar innovasion dərman preparatlarıdır".
Mətbuat xidməti qeyd edib ki, institut bu preparatlarla Dövlət proqramı çərçivəsində tam təmin olunur. -03B-
-
- Maliyyə
- 7 İyun 2019 13:25
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz