![Jurnalistə qarşı polis zorakılığı](https://turan.az/resized/media/2019/main/091100021642-750-500-resize.webp)
Jurnalistə qarşı polis zorakılığı
Bakı/11.09.19/Turan: Sentyabrın 11-də səhər "Azadlıq" qəzetinin reportyoru Təzəxan Mirələmli polis zorakılığına məruz qalıb.
Hadisə Xalq Cəbhəsi Partiyasının fəallarının mətbuatın müşaiyəti ilə gəldiyi Yasamal rayon məhkəməsinin binası qarşısında baş verib.
Hadisə yerinə gələn polis dəstələri jurnalistlər daxil olmaqla, toplaşanlara qarşı zorakılıq tətbiq ediblər. Polis serjantlarından biri Mirələmliyə vurub, o, yıxılıb və xəsarət alıb. Bu, jurnalistin özünü təqdim edib polisi peşə hüquqlarını pozmamağa və işinə mane olmamağa çağırıb.
Hadisə onlarla şahidin gözü önündə baş verib və digər jurnalistlər tərəfindən qeydə alınıb.
"Azadlıq" qəzetinin redaksiyası baş verənləri ölkədə jurnalistlərin hüquq və azadlıqlarının kobud şəkildə pozulmasının dəlili və hakimiyyətin ifadə azadlığına qarşı açıq özbaşınalığı kimi qiymətləndirib. -02D-
-
- Cəmiyyət
- 11 Sentyabr 2019 18:06
Cəmiyyət
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
-
Fevralın 13-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
Rəy yaz