![Лилиан Мори Паскье](https://turan.az/resized/media/2019/main/091100021640-750-500-resize.webp)
Лилиан Мори Паскье
Avropa Şurasının üzvləri öhdəliklərinə riayət etmək məcburiyyətindədirlər - AŞPA prezidenti
Bakı/11.09.19/Turan: Avropa Şurasının iştirakçısı olan dövlətlər öz öhdəliklərinə riayət etməli, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tam şəkildə icra etməlidir. AŞPA prezidenti Lilian Mori Paskyenin sentyabrın 11-də Bakıdakı konfransda çıxışı zaman verdiyi əsas mesaj bundan ibarət olub.
Avropa Şurasının 70 illiyinə həsr edilmiş "Bizim hüquqlarız, bizim azadlıqlarımız, bizim Avropamız" mövzusunda konfrans Fransa-Azərbaycan Universitetinin binasında keçirilir. Tədbir Avropa Şurası tərəfindən Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edən Fransanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil edilib.
AŞPA prezidenti salamlama nitqində xatırladıb ki, Avropa Şurası demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə hörmət prinsiplərinə əsaslanıb.
Bütün mövcud nöqsanlara baxmayaraq, Avropa İnsan Hüquqları Konvensiyası insan hüquq və azadlıqlarının keşiyində dayanan nadir alətdir. Avropa İnsan Hüquqları Məhkəməsi isə dünyada nadir alətdir.
"Ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edərkən qarşılaşdıqları problemlərin həlli yollarını müzakirə edə bilərik. Amma Avropa Şurası lazım olduqda qətiyyətlə reaksiya verəcək. Nazirlər Komitəsi, AŞPA və baş katib belə vəziyyətlərdə əlavə reaksiya mexanizmlərinin yaradılması üzərində işləyir", deyə o qeyd edib.
Avropanın yeni prioritetləri arasında Paskye Qadınlara qarşı zorakılığa son qoyulması haqqında İstanbul Konvensiyasının qəbul edildiyini, konvensiyanı 34 ölkənin ratifikasiya etdiyini qeyd edib. "Azərbaycan bu konvensiyaya qoşulsaydı, yaxşı olardı", deyə o bildirib.
Azərbaycan hökuməti adından ombudsman Elmira Süleymanova salamlama nitqi ilə çıxış edərək qeyd edib ki, Azərbaycan təşkilata daxil olarkən öhdəliklərini əsasən yerinə yetirib, ölkənin bir çox qanunları isə Avropa Konvensiyasının müddəalarına uyğunlaşdırılıb. O qeyd edib ki, parlamentə İstanbul Konvensiyasının ratifikasiyası haqqında müraciət göndərib.
Daha sonra jurnalistlərin iştirakı olmadan, deputatların, hökumət üzvlərinin, QHT rəhbərlərinin və ekspertlərin iştirakı ilə Avropa Şurasının fəaliyyəti və təşkilat qarşısında duran təhdidlər haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, tədbirdə hökumətin vəzifəli şəxslərindən yalnız xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirak edib. Avropa Şurasının parlament rəhbərinin Bakıya gəlməsinə baxmayaraq, Milli Məclisin spikeri və hətta vitse-spikeri konfransa gəlməyib. -06D-
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev Somali dövlət başçısının Bakıya səfərinin iki ölkə arasında "sıx dostluq münasibətlərində yeni səhifə açacağına" əminliyini bildirib.
-
Rusiya Azərbaycan qazının Ukraynanın qaz-nəqliyyat sistemindən istifadə ilə Aİ-yə tədarükü mümkünlüyünü müzakirə etmir. Bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. "Müzakirə olunmur", deyə o qeyd edib.
-
Fevralın 12-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Ramin Cəbrayılzadənin (Deko) ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı verilmiş şikayəti təmin etməyib, bu barədə onun vəkili Nemət Kərimli bildirib. Müdaifə tərəfi bu qərarı əsassız hesab edir, belə ki, Meydan TV-nin işi üzrə həbs edilmiş Deko barəsində istintaq hərəkətləri aparılmır.
-
"Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda" İttifaq 357 nəfərdən ibarət yenilənmiş siyasi məhbuslar siyahısını dərc edib. 12 dekabr 2024-cü il tarixli əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 26 nəfər artıb.
Rəy yaz