
Bakı/25.01.18/Turan: 2017-ci ildə ölkədə 84 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı il ilə müqayisədə 16 hadisə və ya 24% çoxdur: Partlayışlar zamanı 17 nəfər ölüb, 87 nəfər xəsarət alıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin ötən il üçün hesabatında deyilir.
2017-ci ildə baş vermiş yanğınlarda 51 nəfər ölüb, 225 nəfər xəsarət alıb. Bu isə 2016-cı il ilə müqayisədə 3 nəfər azdır. Xəsarət alanların sayı isə 79 nəfər və ya 54% çoxdur.
Ümumilikdə, 2017-cı ildə ölkə ərazisində 13170 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı il ilə müqayisədə 1059 hadisə çoxdur.
Həmin hadisələr nəticəsində 72 nəfər ölüb, 334 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 153 nəfər xilas edilib, 1644 nəfər təxliyə olunub. -05D-
Rəy yaz