Lerikdə baş vermiş zəlzələ nəticəsində 40 evə ziyan dəyib
Bakı/29.08.18/Turan: Ötən gün Lerikdə baş vermiş zəlzələ nəticəsində köhnə tikintilərdə çatlar əmələ gəlib, təqribən 40-a yaxın evdə belə çatlar var. Ciddi dağıntı və insan tələfatı yoxdur. Bu barədə Turan-a Lerik Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov bildirib.
Onun sözlətinə görə, 1998-ci ildən bu yana Lerikdə belə güclü zəlzələ olmayıb. Lakin ciddi dağıntı və tələfatsız ötüşüb. Hazırda zəlzələdən zərər çəkmiş vətəndaşlara dövlət dəstəyinin göstərilməsi məqsədilə sənədləşdirmə işləri aparılır.
Xatırladaq ki, avqustun 28-də saat 17:00 radələrində Lerik rayonu ərazisində 15 kilometr dərinlikdə 5.1 gücündə zəlzələ baş verib. Zəlzələ Lənkəran rayonunda da 5.1 gücündə hiss edilib. Qalan ətraf rayonlarda isə 4-3 gücündə hiss olunub.
Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, avqustun 28-də axşam 3,7 və 3,2 gücündə yeraltı təkanlar qeydə alınıb. Avqustun 29-da səhər zəlzələ bölgəsində 60-dan çox afterşok baş verib ki, bu da həmin ərazilərdə enerjinin boşalması ilə bağlıdır.
Gün ərzində bir neçə təkanın olması mümkündür.-05D06-
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz