Azərbaycan prezidenti Türkiyə parlamentinin spikerini qəbul edib
Bakı/29.08.18/Turan: Bu gün prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımı qəbul edib. Rəsmi məlumatda görüşün təfərrüatları açıqlanmır.
B.Yıldırım Bakıya ötən gün axşam gəlib. Səfərin proqramı açıqlanmayıb.Türkiyə KİV-in məlumatına görə, səfər iki gün davam edəcək. Bu, B.Yıldırımın parlament sədri kimi Azərbaycana ilk səfəridir. Bundan öncə o, Türkiyə hökumətinə rəhbərlik edib.-06D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz