![Xaçmaz rayonunda dini ekstremist qrupun üzvü məhv edilib](https://turan.az/resized/media/2018/main/082900012755-750-500-resize.webp)
Xaçmaz rayonunda dini ekstremist qrupun üzvü məhv edilib
Bakı /29.08.18/Turan: Avqustun 28-də Xaçmaz rayonunda dini ekstremist qrupun üzvü Nizami Nəcəfov məhv edilib. Bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə məlumatında deyilir.
Mənbənin məlumatına görə, müəyyən edilib ki, N.Nəcəfov silah-sursat və partlayıcı maddələr əldə edərək ölkənin şimal rayonlarında terror aktı törətməyi planlaşdırıb.
Bununla əlaqədar DTX və prokurorluq birgə əməliyyat keçiriblər. Əməliyyat zamanı N.Nəcəfov təslim olmayaraq silahlı müqavimət göstərib və avtomatdan atəş açıb. DTX-nin xüsusi əməliyyat qrupunun cavab atəşi ilə N.Nəcəfov məhv edilib. -016D-
-
- Siyasət
- 29 Avqust 2018 13:22
-
- İqtisadiyyat
- 29 Avqust 2018 13:42
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz