
Mart ayında ümumi temperatur rejimi dəyişkən olmasına baxmayaraq, havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacaq.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 5-8 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacaq, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 20-27 mm), bəzi yerlərdə bir qədər çox olacaq. -03D-
Rəy yaz