Media-Monitorinq 05.01.2016
“Azadlıq” qəzeti ölkə həyatının bütün sahələri üzrə duruma dair yazılar və şərhlər dərc edib. Qəzet oxucuların nəzərinə ölkədən kapital axınının güclənməsini xüsusi olaraq çatdırır.
Keçmiş xarici işlər naziri və səfir Tofiq Zülfüqarov son vaxtlar bəzi diplomatların tənqidi mövqelərinə görə statuslarından məhrum olunmalarını Azərbaycan XİN-dəki problemlərlə izah edib və XİN haqqında çox danışılıb, yazıların yazılmasını strukturda böhranın yetişməsi kimi dəyərləndirib.
Milli Şuranın sədri, tarixçi-professor Cəmil Həsənli 2015-ci ildə neftin 3 dəfə dəyərdən düşməsini, manatın iki dəfə devalvasiyaya uğramasını “10 ay ərzində ölkənin fəlakətli yoxsulluq girdabına düşməsi” kimi dəyərləndirir və buna görə əsas səbəb kimi hökumətin yarıtmaz siyasətini göstərir.
Devalvasiyadan sonra ölkənin xarici borclanmaya getməsini təhlükəli sayan ekspertlər bu halda Azərbaycanın Yunanıstanın gününə düşə biləcəyi barədə xəbərdarlıq edirlər.
ABŞ-dakı azərbaycanlı diasporu rəsmi Bakı təmsilçilərinə və yaxınlarına viza qadağası və sanksiyanı nəzərdə tutan konqresmen Kris Smitin “Azərbaycan Demokratiya Aktı”nı dəstəkləmək üçün İnternet üzərindən kampaniyaya başlayıblar.
“Yeni Müsavat” qəzeti
“Yeni Müsavat” qəzeti hökumətin iriçaplı ixtisarlara başlamasını “antiböhran proqramı”na keçməsi kimi nəzərə çatdıran məqalə dərc edib. Qəzet ştat ixtisarları və xərclərin azaldılmasının sadə vətəndaşlarla yanaşı hökumət idarələrini, nazirlik və dövlət komitələrini əhatə etdiyini bildirir. Bu ixtisarların sosial gərginliyə səbəb olacağı barədə xəbərdarlıq da edilir.
2016-cı ilin birinci yarısında devalvasiyanın olmayacağını deyən ekspertlər amma bunun heç də maliyyə bazarının sabitləşəcəyi anlamına gəlmədiyini bəyan edirlər.
Əlahiddə Ümumqoşun komandanı Kərəm Mustafayevin “kassiri”nin həbs olunmasını, yaxın adamının işdən çıxarılmasını yazan qəzet bunu “Kərəm Mustafayevin ətrafında gizli həbs dalğası” kimi dəyərləndirir.
Neft üzrə ekspertlər bu il neft hasilatında Azərbaycanın enmə ilə üzləşəcəyi, ötən il ilə müqayisədə 1,1 milyon tondan çox azalmanın baş verəcəyini bəyan edirlər.
Bəzi valyutadəyişmə məntəqələrində dolların 1.72-dən 1.65-ə enməsini qəzet “Bakıda valyuta ajiotajı”nın səngiməsi kimi dəyərləndirir.
-
- İqtisadiyyat
- 5 Yanvar 2016 11:44
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 355
Rəy yaz