Hökumət xaricdəki diplomatik nümayəndəliklərin saxlanması xərclərinin azaldılması məsələsinə baxır
Azərbaycan hökuməti xaricdəki diplomatik nümayəndəliklərin saxlanması xərclərinin azaldılması məsələsinə baxır. Bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
Lakin səfirliklərin bağlanması məsələsi yoxdur. “Vəsaitə qənaət edilməsi və işin səmərələşdirilməsi məqsədilə diplomatik nümayəndəliklərin fəaliyyətinin mövcud reallığa uyğunlaşdırılması və ya ştat vahidlərinin azaldılması məsələsinə baxılır”, - H.Hacyev deyib.
Bununla da o, Azərbaycanın Latın Amerikası ölkələrində səfirliklərinin, həmçinin fəxri konsulluqlarının bağlanması barədə bəzi KİV-də yayılan məlumatları təkzib edib.
O qeyd edib ki, fəxri konsulluqlar özləri özlərini maliyyələşdirir və onların saxlanmasına dövlət büdcəsindən vəsait ayrılmır.
Azərbaycanın xaricdə 70-dən çox diplomatik nümayəndəliyi – səfirlik, baş konsulluq, konsulluq və beynəlxalq təşkilatlar yanında missiyası var.-06В-
Siyasət
-
Rusiyalı müstəntiqlər, Azərbaycan Hava Yolları (AZAL) tərəfindən idarə olunan 8243 saylı reysin qəzasının raket zərbəsi nəticəsində baş verdiyini təsdiqləyiblər. Bu barədə istintaqa yaxın mənbələrin yeni məlumatlarına istinadən Azərbaycan hökumətyönlü nəşri AnewZ xəbər verir.
-
Azərbaycanın özəl yayım kanalı Baku TV çərşənbə günü efirdə “Rus Evi”ni mədəni və humanitar fəaliyyət adı altında anti-Azərbaycan casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edən reportaj yayımlayıb. Reportajda “etibarlı mənbələr”ə istinad edilib, lakin mənbələrin kimliyi açıqlanmayıb. İddialara görə, Rusiya mədəniyyət mərkəzi milli ziddiyyətləri qızışdırır və kəşfiyyat fəaliyyəti üçün baza rolunu oynayır.
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
Rəy yaz