Məhkəmə AXCP-nin qanunsuz maliyyələşdirilməsi haqqında� iş üzrə prosesdə vəsatətləri təmin etməyib
Bakı/07.01.18/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AXCP-nin qanunsuz maliyyələşdirilməsi haqqında" adlanan cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Xatırladaq ki, məhkəmə qarşısında üç nəfər AXCP fəalı - partiya Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Nərimanov rayon şöbəsinin rəhbəri Babək Həsənov, Gənclər Komitəsinin fəalı Ruslan Nəsirli, həmçinin Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli dayanıb.
2018-ci il mayın 26-da Baş Prokurorluq onların AXCP-nin "qanunsuz maliyyələşdirilməsi" ittihamı ilə həbs olunduğunu bildirmişdi. Həbs olunanlar qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasında və s. ittiham olunurdular.
AXCP qanunsuz maliyyələşmənin əldə olunması ittihamını rədd edib. Həbs olunanlar hüquq müdafiəçiləri tərəfindən siyasi məhbuslar kimi tanınıblar
Bugünkü iclas hakim Eldar İsmayılovun sədrliyilə keçib. İclas zamanı vəkil İlahə Həsənova Saleh Rüstəmova dövlət tərəfindən təyin edilmiş vəkilin imzaladığı bütün protokolların iş materiallarından çıxarılması barədə vəsatət qaldırıb.
O qeyd edib ki, vəkil qanunvericilyin pozulması ilə təyin edilib.
Babək Həsənovun vəkili Cavad Cavadov bütün müttəhimlərin "qəfəs-akvarium"dan çıxarılmasını tələb edib, çünki onların orada olması müdafiə tərəfin işini çətinləşdirir.
Bundan əlavə, o, Məhərrəmovun əməlində cinayət tərkibi olmadığındam onun barəsində cinayət icraatına xitam verilməsinə dair vəsatət qaldırıb.
İstintaqın "çirkli pullar" kimi təqdim etdiyi əslində partiya üzvlük haqlarıdır.
Aqil Məhərrəmovun vəkili Aqil Layıcov da işdə cinayət tərkibinin olmadığını bildirib. Pulların yuyulmasının əlaməti onların kriminal mənbəyidir. İndiki halda pulların göndərildiyi ölkədə (Rusiyada) fiqurantlara qarşı heç bir ittiham yoxdur.
A.Məhərrəmov araşdırmanın əvvəlində istintaq tərəfindən təyin edilmiş vəkilin xidmətlərindən imtina edib. Onun sözlərinə görə, o vəkil işgəncələrlə bağlı şikayətinə heç bir reaksiya verməyib.
Məşvərətdən sonra məhkəmə vəsatətlərin qəbul olunmaması və mahiyyəti üzrə dinləmələrin 15 yanvar saat 14:30-a təyin edilməsi barədə qərar qəbul edib.21С-
-
- Maliyyə
- 7 Yanvar 2019 16:50
-
- Söz istəyirəm
- 7 Yanvar 2019 17:17
Cəmiyyət
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 144
Rəy yaz