Məhkəmə Beynəlxalq Bankın keçmiş sədrinin cəzasının yüngülləşdirilməsi haqqında müraciətinə baxır
Bakı/08.02.20/Turan: Cümə günü Qaradağ Rayon Məhkəməsində Urfan Məmmədovun sədrliyi ilə "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) keçmiş sədri Cahangir Hacıyevin birinci iş üzrə cəzasının yüngülləşdirilməsi haqqında müraciətinə baxılıb.
Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Hacıyev 2016-cı ildə 179.3.1, 179.3.2 (xüsusilə böyük ölçüdə mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə gətirib çıxardıqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə təqsirli bilinib və 15 il müddətinə azadlıqdan məhrum edilib.
Amma 2017-ci ildə CM-ə 179.3-cü maddə üzrə cəza müddətini "7-12 il azadlıqdan məhrumetmədən" "5-10 il azadlıqdan məhrumetməyə", 308.2-ci maddə üzrə isə 8 il azadlıqdan məhrumetmədən 7 il azadlıqdan məhrumetməyə qədər azaldan düzəlişlər edilib.
Bundan başqa, prezident İlham Əliyev cəzanın humanistləşdirilməsi və həbslə bağlı olmayan alternativ məsuliyyət tədbirlərinin tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Bunları nəzərə alaraq, o, Hacıyevin cəza müddətinin 3 il azaldılmasını xahiş edib.
Hacıyev özü bildirib ki, 4 ildir "dəlil olmadan" cinayət təqibinə məruz qalır. "İstintaqa yüzlərlə şahid cəlb edilib, lakin heç biri mənə qarşı ifadə verməyib. Ekspertiza da lehimə cavab verib. Mən özümü təqsirli bilmirəm.
2017-ci ildən başlayaraq özümün qarşısında yüzlərlə adamın bu dəyişikliklərə görə cəzaları yüngülləşib, amma nəyəsə görə, bu mənə tədbiq olunmayıb. Mən məhkəmən ədalətli qərsr gözləyirəm", deyə Hacıyev qeyd edib.
13 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Fərhad Sadıqov deyib ki, cəzaların yüngülləşdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir və hələlik Hacıyevə növbə gəlməyib. Bu zaman o, keçmiş bankiri müsbət səciyyələndirib.
Dövlət ittihamçısı öz növbəsində CM-in 179.3-cü maddəsi ilə Hacıyevin azadlıqdan məhrumetmə cəzasının müddətinin 11 ildən 10 ilə endirilməsinin mümkün olduğunu etiraf edib.
308-ci maddəyə gəlincə, prokuror cəzanın dəyişdirilməməsini təklif edib.
Eyni zamanda, dövlət ittihamçısı Hacıyevin ümumi cəzasının olduğu kimi - 15 il azadlıqdan məhrumetmə olaraq saxlanılmasını təklif edib.
Hakim prosesdə fevralın 11-nə qədər fasilə elan edib.
Müdafiə tərəfi dövlət ittihamçısının çıxışını məntiqsiz və qanunsuz hesab edir. "Bir maddə üzrəcəza müddəti endirilirsə, ümumi cəza müddəti də endirilməlidir. Amma dövlət ittihamçısı öz-özünə zidd danışır: o, bir maddə üzrə cəzanı endirməyi, ümumilikdə isə cəza müddətini olduğu kimi saxlamağı təklif edir. Bu, prezidentin cəzanın humanistləşdirilməsi haqqında fərmanına ziddir", deyə vəkil qeyd edib.
Xatırladaq ki, Cahangir Hacıyevin iki məhkəmə işi üzrə ümumi azadlıqdan məhrumetmə cəzasının müddəti 16,5 ildir. -06D-
-
- Cəmiyyət
- 8 Fevral 2020 12:37
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz