MSK və Prokurorluq Mehman Hüseynovun şirnikləndirilməsi cəhdi haqqında şikayətini bir-birinin üstünə atıb
Bakı/08.02.20/Turan: Nə MSK, nə də Prokurorluq hələ də 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, bloger Mehman Hüseynovun yaydığı rəqibi Fərəc Quliyevin ona pul təklif etdiyini əks etdirən audioyazı ilə bağlı heç bir tədbir görməyib.
Quliyev namizədliyini onun xeyrinə gerçi çəkməsini təklif edir və müəyyən vədlər verir, o cümlədən guya malicəsi üçün pul vəd edir.
Fevralın 5-də blogerin müraciətindən sonra MSK Fərəc Quliyevə xəbərdarlıq etməklə kifayətlənib. Bu zaman MSK sədri Məzahir Pənahov bildirib ki, bu, "yekun qərar deyil". Onun sözlərinə görə, prokurorluq da hadisəni araşdıracaq və yekun qərar prokurorluğun araşdırmasının nəticələri nəzərə alınmaqla qəbul ediləcək.
Fevralın 6-da Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz facebook səhifəsində yazıb ki, blogerin müraciəti "müvafiq qərar qəbul edilməsi üçün" MSK-ya göndərilib.
Müstəqil hüquqşünaslar birmənalı şəkildə Quliyevin əməllərində cinayət tərkibi olduğunu və onun namizədliyinin ləğv edilməli olduğunu bəyan ediblər. -06D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz