Mehman Hüseynov ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb
Bakı/08.02.20/Turan: Deputatlığa namizəd, bloger Mehman Hüseynov namizədliyini irəli sürdüyü 31 saylı Suraxanı ikinci dairəsində seçkilərə xüsusi diqqət yetirmək çağırışı ilə ATƏT, ATƏT PA və AŞPA müşahidə missiyalarına müraciət edib.
M.Hüseynov bunu onunla əsaslandırır ki, digər namizəd Fərəc Quliyev blogerin onun xeyrinə namizədliyini geri götürməsi üçün M.Hüseynovu ələ almağa cəhd edib. M.Hüseynov həmçinin öz komandasının üzvlərinə təzyiq olduğunu bildirib.
M.Hüseynov ATƏT-in seçkilərdə xüsusi koordinatoru Artur Gerasimov, ATƏT PA nümayəndə heyətinin rəhbəri Elona Hoca-Qjebrea, AŞPA seçki müşahidə missiyasının rəhbəri Frank Şvab, DTİHB, AŞPA və ATƏT PA seçki müşahidə missiyalarının digər üzvlərinə ünvanladığı müraciətdə deyilir:
“Mən, Mehman Hüseynov korrupsiya əleyhinə mübarizə aparan tanınmış bloger, hüquq müdafiəçisi, Azərbaycandan keçmiş siyasi məhbus, həmçinin 31 saylı seçki dairəsindən qarşıdakı parlament seçkilərinə namizədəm. Mən ələ alınmağıma cəhd hadisəsi barədə məlumat vermək istərdim. Peşə fəaliyyətim və sosial şəbəkələrdəki fəallığım nəzərə alınaraq öz seçki dairəmdə populyar namizədəm. Ona görə də digər namizəd və artıq iki dəfə eyni dairədən deputat olan Fərəc Quliyev seçkilərdən geri çəkilib ona dəstək olmağımın qarşılığında mənə maddi kompensasiya təklif etdi. Məndə bunu sübut edən dəlillər var, çünki söhbəti yazmışam və açıqlamışam”.
M.Hüseynov həmçinin təəssüflə bildirir ki, hakimiyyət onun komandasının üzvlərini, əsasən də 9 fevral seçkilərini müşahidə edəcək şəxsləri “bu bazar günü seçki zamanı baş verə biləcək mümkün qanunsuz hərəkətlərə diqqət yetirməkdən əl çəkməsələr qanuni təqib və təzyiq formaları ilə hədələyib”.
M.Hüseynov seçkilərin yaxşı keçirilməsini, mümkün pozuntuların qeydə alınmasını və digər müşahidəçilərin təhlükəsizliyini təmin etmək üçün sözügedən missiyalardan müşahidəçilərin göndərilməsini xahiş edir.
Müraciətin sürəti ATƏT PA-nın prezidenti Georgi Sereteli, ATƏT PA-nın baş katibi Roberto Montelle, ATƏT baş katibi Tomas Greminger, ATƏT DTİHB direktoru İngibyorq Solrun Qisladottir, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir və Azərbaycanın müstəqil Turan İnformasiya Agentliyinə göndərilib.
Fevralın 1-də M.Hüseynov F.Quliyevlə söhbətinin audioyazısını açıqlayıb.
F.Quliyev M.Hüseynova müəyyən şeylər, o cümlədən müalicəsi üçün pul verəcəyini vəd edərək namizədliyini onun xeyrinə geri götürməyi təklif edib.
Blogerin şikayətindən sonra fevralın 5-də MSK F.Quliyevə xəbərdarlıq etməklə kifayətlənib. Eyni zamanda MSK rəhbəri Məzahir Pənahov “bu, son qərar deyil” deyib. Onun sözlərinə görə, baş verənləri prokurorluq da araşdırır və yekun qərar prokurorluğun araşdırmasının nəticələri nəzərə alınaraq qəbul ediləcək.
Fevralın 6-da Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Facebook səhifəsində yazıb ki, blogerin müraciəti “müvafiq qərar qəbul edilməsi üçün” MSK-ya göndərilib.
Müstəqil hüquqşünaslar birmənalı olaraq bildiriblər ki, F.Quliyevin əməlində cinayət tərkibi var və onun namizədliyi ləğv edilməlidir.06B-
-
- Siyasət
- 8 Fevral 2020 22:27
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
Rəy yaz