![Məhkəmə jurnalistə qarşı iddianı təmin etməyib, başlığın dəyişdirilməsini qərara alıb](https://turan.az/resized/media/2019/main/080500020725-750-500-resize.webp)
Məhkəmə jurnalistə qarşı iddianı təmin etməyib, başlığın dəyişdirilməsini qərara alıb
Bakı/05.08.19/Turan: Bazar ertəsi hakim Emil Əliyevin sədrliyi ilə Binəqədi Rayon Məhkəməsi 251 saylı məktəbin direktor müavini Elmira Alandarovanın jurnalist Sevinc Vaqifqızına qarşı iddiasını qismən təmin edib.
E.Alandarova S.Vaqifqızına qarşı iddia qaldıraraq onun üzr istəməsini, 2500 manat məbləğində kompensasiya ödəməsini və 2018-ci il 11 aprel prezident seçkiləri haqda videosüjetin çıxarılmasını tələb edib.
İddiaya 251 saylı məktəbdə üç seçki məntəqəsində səsvermə ilə bağlı "Meydan" TV-də yayımlanan "Seçkilər-2018: seçkilərdə "karusel"ə nəzarət edən direktor müavini" adlı material səbəb olub.
Süjetdə göstərilib ki, E.Alandarova səsvermə günü bir qrup müəllimi məktəbə göndərir.
Hakim qərar çıxarmadan öncə tərəflərə barışıq təklif edib. E. Alandarovanın nümayəndəsi, həyat yoldaşı Rasət Qasımov deyib ki, əvvəlki prosesdə o, S.Vaqifqızına və nişanlısına xoşbəxtlik arzulasa da, onlar üzr istəməyiblər.
Hakim R. Qasımova sual verib ki, həyat yoldaşı seçki komissiyanın üzvü olmadığı halda niyə seçki günü məktəbdə olub? R. Qasımov deyib ki, Nizami Rayon İcra Hakimiyyətindən zəng edib həyat yoldaşını məktəbə çağırıblar.
Öz növbəsində jurnalistin vəkili Zibeydə Sadıqova diqqəti ona yönəldib ki, İcra Hakimiyyətinin seçki prosesinə müdaxiləsi qanunsuzdur.
R. Qasımov qarşı tərəfin üzr istəməsinə, kompensasiya ödəməsinə və videonun silinməsinə israr edib. Lakin hakim onun vəsatətini təmin etməyib.
Sonda hakim yalnız videonun başlığının dəyişdirilməsi barədə qərar qəbul edib.
S.Vaqifqızı hesab edir ki, başlıq videonun mahiyyətini əks etdirir. Odur ki, apellyasıya şikayəti vermək niyyətindədir. -16/06D--
-
- Cəmiyyət
- 5 Avqust 2019 16:46
Cəmiyyət
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
-
Fevralın 13-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
Rəy yaz