![Erməni ekspert Ermənistanın iri regional enerji layihələrindən kənarlaşdırılmasında Bakının uğurunu etiraf edir](https://turan.az/resized/media/2019/main/080500020726-750-500-resize.webp)
Erməni ekspert Ermənistanın iri regional enerji layihələrindən kənarlaşdırılmasında Bakının uğurunu etiraf edir
Bakı/05.08.19/Turan: Enerji təhlükəsizliyi üzrə ekspert Vaqe Davtyan Soçidə Bakı, Tehran və Moskva arasında keçiriləcək üçtərəfli sammitdən narahatdır. Sammitin gündəliyinə Ermənistanın maraqların zidd layihələr, məhz Azərbaycan infrastrukturu vasitəsilə İran və Rusiyanın enerji sistemlərinin sinxronlaşdırılması daxildir.
Avqustda Soçidə keçiriləcək Bakı-Tehran- Moskva üçtərəfli görüşü Ermənistana ziyan vuracaq, çünki "Şimal-Cənub" enerji dəhlizi Ermənistanın iştirakını nəzərdə tutmur.
"2018-ci ildən başlayaraq Bakı Moskva və Tehranın iştirakı ilə fəal danışıqlar aparır. Danışıqlar Azərbaycan vasitəsilə İran və Rusiyanın enerji sistemlərinin sinxronlaşdırılmasına yönəlib. Bu, o demək deyil ki, tərəflər Ermənistan vasitəsilə dəhlizdən imtina edəcəklər, ancaq mən düşünürəm ki, İran-Ermənistan dəmir yolu ilə olduğu kimi, bu layihə də ritorika səviyyəsində qalacaq", - Tert.am saytı Davtyandan sitat gətirib.
Davtyanın sözlərinə görə, Bakı özünün enerji diplomatiyasından effektiv vasitə formalaşdıra bilib və bundan qaz, eləcə də elektrik enerjisi məsələsində istifadə edir. "Təəssüf ki, bizim belə diplomatik alətimiz yoxdur", - ekspert etiraf edib
Şimali Avropa ilə Hind okeanını birləşdirmək üçün nəzərdə tutulmuş "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi öz logistikasına Cənubi Qafqaz komponentini də daxil edir.
2008-ci ildə Moskva İran-Ermənistan dəmir yolu layihəsini planlaşdırmışdı. Onun reallaşması üçün Rusiyanın Fars körfəzinə çıxışını təmin etməklə Rusiya, Abxaziya, Gürcüstan və Ermənistanı birləşdirən dəmir yolu istismara verilməliydi. O zaman Moskva Abxaziya dəmir yolunun idarə olunmasını öz üzərinə götürmüşdü və eyni zamanda Gürcüstan dəmir yolunun idarə edilməsilə bağlı Tbilisi ilə qapalı danışıqlara başlamışdı, Davtyan deyib.
Hazırda Azərbaycan və Türkiyə energetika izolyasiya proqramını və Ermənistanın blokadasını həyata keçirirlər ki, bu da müxtəlif layihələrdə özünü göstərir, o qeyd edib.-02D-
-
- Cəmiyyət
- 5 Avqust 2019 17:59
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev Somali dövlət başçısının Bakıya səfərinin iki ölkə arasında "sıx dostluq münasibətlərində yeni səhifə açacağına" əminliyini bildirib.
-
Rusiya Azərbaycan qazının Ukraynanın qaz-nəqliyyat sistemindən istifadə ilə Aİ-yə tədarükü mümkünlüyünü müzakirə etmir. Bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. "Müzakirə olunmur", deyə o qeyd edib.
-
Fevralın 12-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Ramin Cəbrayılzadənin (Deko) ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı verilmiş şikayəti təmin etməyib, bu barədə onun vəkili Nemət Kərimli bildirib. Müdaifə tərəfi bu qərarı əsassız hesab edir, belə ki, Meydan TV-nin işi üzrə həbs edilmiş Deko barəsində istintaq hərəkətləri aparılmır.
-
"Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda" İttifaq 357 nəfərdən ibarət yenilənmiş siyasi məhbuslar siyahısını dərc edib. 12 dekabr 2024-cü il tarixli əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 26 nəfər artıb.
Rəy yaz