![SOCAR 700 neftçini evakuasiya edib](https://turan.az/resized/media/2019/main/080500020727-750-500-resize.webp)
SOCAR 700 neftçini evakuasiya edib
Bakı/05.08.19/Turan: Hava şəraiti ilə əlaqədar dəniz mədənlərində çalışan 700 neftçi dənizdən sahilə evakuasiya edilib. Həmin mədənlərdə əsas işlər dayandırılıb. Bu barədə Turan-a SOCAR Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildiriblər.
Öz növbəsində Xəzər Dəniz Gəmiçiliyindən deyiblər ki, qasırgalı hava ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib. Yolda olan bütün gəmilərə sığınacağa getmək və qasırğanın durmasını gözləmək tapşırılıb. Digər gəmilərin dənizə çıxışı dayandırılıb.
Qeyd edək ki, avqustun 5-də Xəzərdə güclü qasırğa başlayıb və ayın 8-dək davam edəcək. Abşeronda və Xəzər akvatoriyasında küləyin gücü saniyədə 30-35 metrə çatacaq, dalğanın hündürlüyü bir neçə metr olacaq.-03/02B-
-
- Siyasət
- 5 Avqust 2019 18:07
Cəmiyyət
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
-
Fevralın 13-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
Rəy yaz