![Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib](https://turan.az/resized/media/2019/main/080500020728-750-500-resize.webp)
Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib
Bakı/05.08.19/Turan: Dövlət başçısı İlham Əliyev Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı ilə bağlı ABŞ prezidenti Donald Trampa başsağlığı verib.
"Silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim. Bu dəhşətli hadisələr ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - məktubda deyilir. -02D-
-
- Cəmiyyət
- 5 Avqust 2019 17:59
-
- Bazarların icmalı
- 5 Avqust 2019 18:19
Siyasət
-
Fevralın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 61-ci Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib.
-
Fevralın 12-də Azərbaycan Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya (Bern Konvensiyası) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib.
-
Fevralın 13-də dövlət başçısı İlham Əliyev Paraqvay, Belarus və Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirləri Valdez Peralta, Dmitri Pineviç və Birol Akgünün etimadnamələrini qəbul edib.
-
Azərbaycan prezidenti İlham Əliyev Somali dövlət başçısının Bakıya səfərinin iki ölkə arasında "sıx dostluq münasibətlərində yeni səhifə açacağına" əminliyini bildirib.
Что ждать Что ждать Азербайджану от новой администрации США? - беседа с Лоренсом Шитсом
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:28
- 83
Rəy yaz