Məhkəmə prosesində jurnalistə qarşı ekspertiza təyin edilib
Bakı/01.08.19/Turan: Ötən gün Masallı Rayon Məhkəməsində rayon icra başçısı Rafil Hüseynovun 7GUN az saytının rəhbəri Cavid Şirəliyevə qarşı iddiası üzrə növbəti məhkəmə iclası olub.
Dinləmələr çəkişmə mövzusu olan məqalənin ekspertizasının təyin edilməsi ilə əlaqədar təxirə salınmışdı. Bu barədə Turan-a jurnalist özü məlumat verib.
İddiaçı hesab edir ki, C.Şirəliyev onun şərəf və ləyaqətini təhqir edib, işgüzar reputasiyasına ziyan vurub. O 3 min manat kompensasiya tələb edir.
C.Şirəliyevin sözlərinə görə, iddiaya saytda və Facebook-da Masallı rayonunda rüşvətxorluq, korrupsiya, sosial problemlər, işsizlik haqqında məqalələrin dərci səbəb olub.
Jurnalistə görə, yazılarda rüşvətxorluğun və korrupsiyanın onun rəhbərliyi altında baş verdiyinin göstərilməsi icra başçısının narazılğına sbəb olub.
Bundan əlavə, C.Şirəliyev yazıb ki, rayon icra başçısının oğlu insan ölümü ilə nəticələnən yol qəzası törədib, ancaq məsuliyyətə cəlb edilməyib. Jurnalist bildirib ki, konkret faktlara və sübutlara əsaslanır və məhkəmədə haqlı olduğunu sübut etmək niyyətindədir.
Rayon icra başçısından şərh almaq mümkün olmayıb. -06B-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz