�Mehman Hüseynova azadlıq!� tələbilə aksiya keçirilib
Bakı/03.01.19/Turan: Bu gün Bakıda "Neftçilər" metro stansiyasının yaxınlığında bloger Mehman Hüseynovun azadlığa buraxılması tələbilə aksiya keçirilib. Aksiyada AXCP üzvləri və bir sıra ictimai fəallar iştirak ediblər.
10-15 nəfər aksiya iştirakçısı "Mehman Hüseynova azadlıq!", "Siyasi məhbuslara azadlıq!" şüarlarını səsləndiriblər.
Aksiya başlayandan on beş dəqiqə sonra polis əməkdaşları iştirakçıları, o cümlədən qadınları saxlayıb. Saxlanılanları Nəsimi Rayon Polis İdarəsinin 24-cü bölməsinə aparıblar.
Piket iştirakçılarından biri aksiyanın baş tutduğunu söyləyib.
"Polis müdaxiləsinə baxmayaraq, etiraz aksiyası baş tutdu. Biz ictimaiyyətin diqqətini siyasi məhbuslar probleminə yönəldə bildik", - o bildirib.
* Mehman Hüseynov 2017-ci ilin martında həbs olunub və Nəsimi rayon polis rəisinin böhtanla bağlı iddiası əsasında 2 il azadlıqdan məhrum edilib.
Dekabrın 26-da ona qarşı koloniya əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb və o, karserə salınıb. M.Hüseynov etiraz olaraq quru aclığa başlayıb. Dekabrın 30-da blogerin səhhəti kəskin pisləşib. Bundan sonra doğmalarının təkidilə quru aclığı dayandırıb və su içməyə başlayıb.
Hüquq müdafiəçiləri əmindirlər ki, M.Hüseynov yüksək vəzifəli şəxslər arasında korrupsiya hallarını ifşa etdiyinə, həmçinin hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.
Aksıya zamanı saxlanılanlar arasında jurnalistlər Əfqan Sadıqov (Azel TV), Nurlan Qəhrəmanov (Kanal-13), Əli Abdinov ("Azərbaycanın səsi" saytı) və Sevinc Vaqifqızı da var. -06B---
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz