Mehman Hüseynova dəstək olaraq aclıq aksiyası iştirakçılarının sayı artır
Bakı/07.01.19/Turan: Müsavat Partiyasının ofisində bloger Mehman Hüseynovun və digər siyasi məhbusların azadlığa buraxılması tələbilə aclıq aksiyası davam edir.
Müsavat Partiyası İdarə Heyətinin üzvü Tofiq Yaqublu yanvarın 4-dən, AXCP fəalı Tofiq Məmmədov isə yanvarın 2-dən aclıq edir.
Yanvarın 6-da ictimai fəal Fatimə Mövlamlı, Müsavat Partiyası Sumqayıt təşkilatının rəhbəri Elşad İsrafilov və AXCP üzvü Yaşar Ferazi də aksiyaya qoşulublar.
Yanvarın 7-dən aksiyada Fuad Rəhimli (Müsavat Partiyası), Rövşən Nifalzadə (AXCP), Mübariz Fətullayev (AXCP), Nicat Abdulla (AXCP) və Leyla Babayeva (bitərəf) aksiyada iştirak edirlər.
Rəsmi orqanlar hələlik aksiyaya reaksiya verməyiblər.
Xatırladaq ki, hüquq-müdafiə təşkilatlarının məlumatına görə, Azərbaycanda 150 siyasi məhbus var.-06D--
Cəmiyyət
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
-
“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davam edən bu proqram Azərbaycanın startap ekosisteminin gücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrində inkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il “İdeya İnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilik uğrunda yarışacaq.
Rəy yaz