Mehman Hüseynovun atası oğlundan aclığı dayandırmasını xahiş edib
Bakı/08.01.19/Turan: Bloger Mehman Hüseynovun atası Rafiq Hüseynov bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında oğluna baş çəkib. Bu, blogerin aclıq etdiyi vaxtdan onların ilk görüşüdür.
"Mehmanla görüşüm bir saatdan çox davam etdi. Müəssisənin rəisi vəd etdi ki, gələcəkdə də oğlumla görüşə şərait yaradılacaq", - R.Hüseynov Turan agentliyinə bildirib.
Onun sözlərinə görə, Mehman çox zəifləyib. "O, yuxulu və halsız kimiydi. Mən ondan xahiş etdm ki, qida qəbul eləsin, nə istəyirsə gətirərəm,"- o qeyd edib.
"Alma, nar, müxtəlif ərzaq aldım. Xahiş etdim ki, yesin, ancaq yeməsə kamera yoldaşlarına versin. Bilmirəm, mənə qulaq asacaq, ya yox", - R.Hüseynov deyib.
Görüş zamanı Mehman bir daha bildirib ki, nəzarətçini vurmayıb.
"Mən Mehmana dedim ki, doğruyu söylə. Əgər onu vurmusansa cəzanı çək. Dedi, ata, həmin vaxt orada olmamışam. Mən həmin vaxt başqa yerdə çay içmişəm. İttihamlar uydurmadır, yalandır", - R.Hüseynov bildirib.
O qeyd edib ki, təcridxanada BQXK nümayəndələrini də görüb. Ata ehtimal edir ki, onlar Mehmana baş çəkməyə gəliblər.-03B06-
-
- Maliyyə
- 8 Yanvar 2019 13:39
-
- Foto sessiyalar
- 8 Yanvar 2019 14:17
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz