Мехман Гусейнов
Mehman Hüseynovun vəziyyəti stabilləşib
Bakı/30.01.19/Turan: Bloger Mehman Hüseynovun ailə üzvləri yanvarın 30-da 1 saylı Bakı İstintaq Təcridxanasında ona baş çəkiblər. Bu, Mehmana qarşı yeni cinayət işinə xitam verildikdən sonra doğmalarının onu ilk ziyarətidir.
M.Hüseynovun qardaşı, siyasi mühacirətdə olan Emin Hüseynov Turan-a bildirib ki, uzun aclıqdan sonra Mehmanın səhhəti stabilləşib, ancaq 20 kiloqram arıqlayıb.
Qardaşının sözlərinə görə, Mehman evdən gətirilən yeməklərdən imtina edib, çünki bərpaedici pəhrizdədir, ancaq maye süd məhsulları və meyvə şirəsi qəbul edir.
"Mehman 33 gündən sonra azadlığa çıxacağı günü səbirsizliklə gözləyir. Azadlığa çıxdıqdan sonra ilk işi səhhətini tam bərpa etmək və sonra gündəlik işinə başlamaqdır", - qardaşı qeyd edib.
Bununla yanaşı o deyib ki, yeni cinayət işi bağlandıqdan sonra Mehmanın yanına vəkilləri buraxılmayıb, doğmaları ilə telefon danışıqları məhdudlaşdırılıb. -06B--
-
- Analitika
- 30 Yanvar 2019 16:10
-
- İqtisadiyyat
- 30 Yanvar 2019 16:33
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz