Mətbuat-monitorinq 01.08.15
Rəsmi qəzetlər Avropa Oyunları zamanı könüllülərin rolu, hərbi sənaye kompleksinin inkişafı və s. mövzuları ilk səhifələrdə yerləşdiriblər.
“Azadlıq” qəzeti rəsmi Ankaranın yaxın günlərdə rəsmi Bakı ilə PKK-ya qarşı mübarizə ilə bağlı danışıqlar apararaq ölkə qarşısına müəyyən tələblər qoyula biləcəyini ilk səhifəyə çıxarıb.
İnsan haqları ilə bağlı yazan qəzet bildirir ki, həbsdə olan QHT rəhbəri Rəsul Cəfərovun vergi borcunu tam ödəsə də həbs müddətinin cəmi 3 ay azaldılması haqda qərarı vəkili “tamamilə əsassız” adlandırır.
Ekspertlər iqtidarın repressiyaları gücləndirməsinə səbəb kimi ölkənin böhrana girməsini, sosial gərginlik gözlənilməsini göstərirlər.
Bu günlərdə həbsdən azad olan ilahiyyatçı Taleh Bağırzadə mübarizənin “böyük zindanda” da davam edəcəyini bildirir.
Son repressiyalarla bağlı bəyanat yayan AXCP bu qəddarlığın “ictimai nifrəti gücləndirəcəyi, sosial partlayışlara yol açacağı”, “Human Rights Watch” təmsilçisi Raşel Denber isə dünya birliyinə bu repressiya dalğasının “Azərbaycanda insan haqları icmasını tam sıradan çıxaracağı” xəbərdarlığı edir.
Ölkənin ictimai fəalları repressiyaların gücləndirilməsinə “37-də sınaqdan çıxan bu üsulun uğursuzluğa düçar olduğu” mövqeyi ifadə ediblər.
İqtisadi blokda qəzet Dünya Bankına isnadən yaxın 10 ildə neftin qiymətində ciddi dəyişiklik olmayacağını nəzərə çatdırır.
“Ekspress” qəzeti Tarif Şurasının qərarı ilə 250 adda preparatın qiymətinin endirilməsini “dərman mafiyasının sonu...” kimi diqqət mərkəzinə çəkib.
“Novoe Vremya” qəzeti rəsmi Bakının ölkədə insanları qohumlarından imtina etməyə məcbur etməsini, korrupsiyanı varlanmaq mənbəyinə döndərməsini “açıq-aşkar özbaşınalıq kimi” ön plana çəkir.
“Bizim yol” qəzeti ölkənin dəmiryolu idarəsinin başçısı Cavid Qurbanovun tələbilə keçirilən yoxlamada vaxtilə müavini olduğu nəqliyyat naziri Ziya Məmmədovun yeznəsinin başçılıq etdiyi idarədə külli miqdarda yeyinti aşkar edilməsini “iki yüksək çinli məmur arasında sensasiyalı qalmaqal” kimi ilk səhifəyə yerləşdirib.
“Yeni Müsavat” qəzeti nəqliyyat naziri Ziya Məmmədovun oğlunun ABŞ prezidentliyinə namizədə rüşvət verməsi, yeznəsinin adının kriminal qalmaqalda hallanması iddiasını “nazirin iki tərəfli ziyanda olması” kimi ilk səhifəyə çıxarıb.
Rəsmi Bakıya müxalif mövqedə dayandığına görə “Meydan tv” rəhbəri Emin Millinin qohumlarının ondan imtinasını E.Milli özü “kreativ addım”, ekspertlər isə insanlığın “bitdiyi yer...” adlandırıblar.
Kreml layihəsi olan Avrasiya İttifaqı Hərəkatını Azəraycanda yaradan MTN-in keçmiş şefi Nəriman İmranovu və Rusiyanın ədliyyə generalı İlqar Qasımovu qəzet “milli satqınlar adlandırır.
“Bank Techique”nin tam iflasa uğradığını iddia edən qəzet əməkdaşların kütləvi şəkildə öz hesabına məzuniyyətə göndərildiyini, əmanətçilərin bankdan pullarını ala bimədiklərini yazır.
-
- Siyasət
- 1 Avqust 2015 12:46
-
- İqtisadiyyat
- 1 Avqust 2015 12:58
Cəmiyyət
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
Rəy yaz