Mətbuat-Monitorinq 01.09.15
Rəsmi qəzetlər dövlət başçısı İlham Əliyevin Latviya və İsrailin Azərbaycana təyin edilən yeni səfirlərinin etimadnamələrini qəbul etməsi haqda xəbəri, Naxçıvan daxili işlər naziri Əhməd Əhmədova general-leytenant rütbəsinin verməsi, Kamal Ələkbərovun Naxçıvanın Kəngərli rayonuna icra başçısı təyin ediməsilə bağlı imzaladığı sərəncamların mətnlərini ilk səhifələrdə yerləşdiriblər.
“Azadlıq” Beynəlxalq Bankda yeni kredit qalmaqallarına yol verməmək üçün bankın keçmiş rəhbəri Cahangir Hacıyevin adamlarının işdən azad edilmələrini və bank pullarına nəzarətin artırılmasını manjetə çıxarıb.
Parlament seçkilərilə bağlı hakimiyyətin iki namizəd siyahısı olduğu və hakim YAP-ın açıqlayacağı siyahının formal xarakter daşıyacağı bildirilir.
Həbsdə olan tanınmış hüquq müdafiəçisi Leyla Yunusu müayinə edən həkim Vitə isnadən “hepatit C” xəstələyindən sağalması haqda Ədliyyə Nazirliyinin açıqlamasına Vit L.Yunusla bağlı belə açıqlama vermədiyini deyib.
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Azərbaycan-Amerika Alyansı” təşkilatını bağlamasını qəzet “hakimiyyətin ABŞ-dakı lobbi siyasətinin iflasa uğraması” kimi dəyərləndirir.
Qəzet nazirlərin qohumluqları, övladlarının hansı qurumlarda çalışmaları barədə araşdırma yazısı dərc edib.
Dövlət başçısı İlham Əliyevin köməkçisi Əli Həsənovun “inşallah, manatın kursu sabit qalar” açıqlamasını qəzet iqtidarın devalvasiyanı “Allahın ümidinə buraxması” kimi qiymətləndirir.
Baş nazirin müavini Abud Şərifova məxsus “Evrascon” şirkətində Bakı-Ələt- Astara yol tikintisindəki fəhlələrin aylardır ki maaşlarını ala bilməməsini qəzet “A.Şərifovun ailə biznesinin böhranda” olması adlandırır.
“Ekspress” Qarabağda separatçı rejimin “bələdiyyə seçkiləri”nə hazırlaşmasına rəsmi Bakının “bu seçkilərin heç bir hüquqi qüvvəsi yoxdur” bəyanatını önə verib.
Əfqanıstanın vitse-prezidenti Rəşid Dustumun “İŞİD-in Qafqaz və Azərbaycanla bağlı planı”nın olması barədə açıqlamasını ekspertlər “Azərbaycana növbəti İŞİD xəbərdarlığı” kimi şərh ediblər.
“Exo” “terrorçu PKK təşkilatı Naxçıvana hücum edir” adı ilə Ermənistan ərazisindən Naxçıvana silahlı təcavuz planının hazırlanması haqda ekspertlərin iddiasını diqqət mərkəzinə çəkir.
Qəzet mütəxəssislərə isnadən Bakıda tikilmiş yeni binaların 30%-nin keyfiyyətsiz olması haqda açıqlama verir.
“Novoe Vremya” dünya bazarında neftin dəyərinin ucuzlaşmasına “Bakı öz xarici siyasətinin əsas “kozırlarını itirməsi” yanaşmasını önə verib.
“Bizim yol” baş nazirin müavini Abid Şərifova aid şirkətdə aylardır ki işçilərə maaş verilməməsini “maaş böhranının yaşanması” kimi ilk səhifəyə yerləşdirib.
Tikinti bazarının çökdüyünü, şirkətlərin müflisləşdiyini tazan qəzet Bakıda alqı-satqının demək olar ki, dayandığını, qiymətlərin kəskin endiyini nəzərə çatdırır.
Qəzet son 6 ildə Bərdə rayonuna ayrılan 66 milyon manatın təmir-abadlıq və s. adlar altında əslində mənimsənildiyini qeyd edir.
“Yeni Müsavat” neftin dəyərinin ucuzlaşması ilə bağlı rəsmi Bakının böhrandan çıxış yolu kimi beynəlxalq yükdaşıma ilə məşğul olan şirkətlərin səhmlərinə külli miqdarda investisiya qoymasını, kənd təsərrüfatını inkişaf etdirməsi kursu götürdüyü iddiasını ilk səhifəyə çıxarıb.
Rusiya sənətçiləri, jurnalistlərinin Qarabağa səfərlərinin kütləviləşməsini qəzet “Kremlin Bakıya qarşı şantaj siyasətini gücləndirməsi” adlandırır.
Ekspertlər neftin qiymətinin ucuzlaşması ilə əlaqədar 2016-ci il dövlət büdcəsinin 6 milyard azaldılacağı barədə xəbərdarlıq edirlər.
-
- Siyasət
- 1 Sentyabr 2015 00:45
-
- İqtisadiyyat
- 1 Sentyabr 2015 12:38
Cəmiyyət
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
-
Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntısız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 8+13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Gənclər ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji həllərini təqdim ediblər Yanvarın 18-də Oxbridge Academy-də Azercell və “Eventify” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf” hakatonu baş tutub. Layihə gənclərə potensiallarını reallaşdırmağa imkan yaratmaq, eləcə də ətraf mühitin qorunmasına yönəlmiş texnoloji həlləri ərsəyə gətirmək məqsədini daşıyıb. Tədbir həmçinin startap ekosisteminin inkişafına töhfə verərək iştirakçılara öz innovativ ideyalarını həyata keçirmək üçün effektiv platforma rolunu oynayıb.
Rəy yaz