Azərbaycan XİN Henri Mxitaryanın ölkəyə gəlişinə etiraz etmir
Dortmundun “Borussiya” futbol klubunun forvardı Henri Mxitaryanın Avropa Liqası matçı çərçivəsində Azərbaycana buraxılıb-buraxılmayacağı barədə yerli və və beynəlxalq mətbuatda müzakirələrdən sonra rəsmi Bakı məsələyə aydınlıq gətirib.
Azərbaycanın mövqeyi belədir ki, idmandan siyasi məqsədlərlə istifadə etmək olmaz. Bunu bazar ertəsi Azərbaycan XİN mətbuat xidməti Hikmət Haciyev bildirib.
O qeyd edib ki, son 10 ildə Azərbaycanda 300-dən çox beynəlxalq idman tədbiri keçirilib ki, bunlarda da 100-dən çox erməni idmançı iştirak edib.
“Sevindirici haldır ki, ölkənin futbol klubları Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. Belə yarışlarda iştirak etməklə hər dövlət UEFA-nın müəyyən etdiyi qaydalara əsaslanır və yarışları buna uyğun təşkil edir. Futbol idmanın komanda növüdür. Burada əsas kimi komanda yanaşması götürülür, ayrı-ayrı şəxsiyyətlər yox. Dortmundun “Borussiya” komandasının Azərbaycana gəlişi komanda xarakteri daşıyır, ayrı-ayrı şəxslərin gəlişi deyil”, - XİN-in rəsmi nümayəndəsi bildirib.
İşğal edilmiş ərazilərə səfər edən arzuolunmaz şəxslərə gəlincə, H.Hacıyevin sözlərinə görə, burada hər hala fərdi olaraq baxılır.
Qeyd edək ki, Rusiya mətbuatının məlumatına görə, 2009-2012-ci illərdə Mxitaryan dəfələrlə Dağlıq Qarabağa səfər edib, yerli əhaliyə yardım göstərib. Bura Azərbaycan ordusuna qarşı döyüşən hərbçilərin ailələri də daxildir. Mxitaryan həmçinin Qarabağ separatçılarının rəhbərliyi ilə görüşüb.—06D--
Siyasət
-
2024-cü ilin noyabrına olan rəsmi məlumata əsasən, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyi (ICE) tərəfindən yekun deportasiya əmri alan 1,4 milyon ABŞ vətəndaşı olmayan şəxsin arasında 700-dən çox Azərbaycan vətəndaşı var.
-
Gürcü Arzusu Avropa Şurası Parlament Assambleyasında işini dayandırır. Bu barədə Gürcüstan nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani bildirib.
-
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 25 saylı məntəqəsində səsvermə bitdiyinə baxmayaraq 1 saatdan çoxdur seçki qutuları açılmadığı, səssayma aparılmadığı bildirilir.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri aşağı seçici fəallığı və ciddi mübahisələr fonunda keçirildi. Seçicilər saat 08:00-dan 19:00-a qədər səs verdilər. Mərkəzi Seçki Komissiyası (MSK) prosesin problemsiz keçdiyini bildirsə də, müstəqil müşahidəçilər və müxalifət nümayəndələri seçkilərin şəffaflığı və inklüzivliyi ilə bağlı narahatlıqlarını ifadə etdilər.
Rəy yaz