German Sterliqov buraxılıb
Yerevandan gələndən sonra Domodedovo aeroportunda saxlanılan biznesmen German Sterliqov buraxılıb. Sahibkarın vəkili qeyd edib ki, hüquq-mühafizə orqanları əmin olublar ki, Sterliqov Rusiya vətəndaşıdır.
Vəkil Artur Ayrapetovun sözlərinə görə, Sterliqov “hüquq-mühafizə orqanları ilə taktiki söhbətdən sonra” buraxılıb. Biznesmenin saxlanmasına səbəb Azərbaycanın onun barəsində MDB ərazisində axtarış elan etməsidir.
Ayrapetov deyib ki, Sterliqov polislər sahibkarın Rusiya vətəndaşı olduğuna əmin olduqdan sonra buraxılıb.
Vəkil qeyd edib ki, Sterliqov yaxın vaxtlarda Rusiyadan getməyi planlaşdırmır. “O, uzun müddət sahibsiz qalan təsərrüfatında olacaq, yaranmış boşluqları dolduracaq”, - Ayrapetov qeyd edib. O deyib ki, Sterliqovun vəkilləri Azərbaycanla məsələni həll etməlidir ki, bundan sonra sərhəddi keçərkən biznesmenlə bağlı problem yaranmasın.
Sterliqov avqustun 31-də Yerevandan Moskvaya gedərkən saxlanılıb. Saxlandıqdan dərhal sonra Ayrapetov deyib ki, insident Sterlinqin MDB-də axtarışına dair Azərbaycanın sorğusu ilə əlaqədardır. O, saxlanmanın sahibkarın İnterpol tərəfindən axtarışda olması ilə əlaqədar olmasını istisna edib.
İyulun sonlarında Azərbaycan Sterliqovun barəsində beynəlxalq axtarış elan edib. Ölkə hakimiyyəti biznesmenə qarşı iki maddə üzrə ittiham irəli sürüb: “Dövlətə qarşı yönələn açıq çağırışlar” və “Dövlət sərhəddini qanunsuz keçmə”. Sterliqova qarşı cinayət işi onunla əlaqədardır ki, iyulda o, Dağlıq Qarabağa səfər edib. Məlum olub ki, avqustun 23-də İnterpol Sterliqova qarşı təqibləri siyasi hesab edib və sahibkarın barəsində axtarışı dayandırıb.-02В-
Siyasət
-
Yanvarın 28-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.
-
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın irəli sürdüyü nəqliyyat layihəsi - Zəngəzur dəhlizi beynəlxalq gündəliyə salınıb. Bu barədə prezident İlham əliyev çərşənbə axşamı nəqliyyat üzrə müşavirədə bildirib.
-
Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Möhyəddin Orucovun işi üzrə növbəti iclas keçirilib. Fəalın saxlanılmasında iştirak etmiş polis şahid qismində çıxış edib.
-
Yanvarın 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında 2024-cü ildə üzv dövlətlərin vəziyyətilə bağlı müzakirələr aparılıb. Yekunlara əsasən, 2580 saylı qətnamə qəbul edilib. Qətmanədə deyilir ki, Avropa Şurası Parlament Assambleyası 14 ölkədə vəziyyəti izləyən Monitorinq Komitəsinin işini yüksək qiymətləndirir.
Rəy yaz