
Rəşad Dağlı
Bakı/09.11.22/Turan: Meyxana ifaçısı, Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov adam öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Qaradağ Rayon Prokurorluğunun verdiyi məlumata görə, noyabrın 9-da səhər saat 5 radələrində idarəyə 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevin öldürüldüyü haqqında məlumat daxil olub.
Araşdırma zamanı Mehdiyevin 1984-cü il təvəllüdlü Rəşad Əmirov (Rəşad Dağlı) tərəfindən, şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı çoxsaylı bıçaq xəsarəti yetirilməklə öldürüldüyünə dair əsaslı şübhələr yaranıb.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Rəşad Əmirov şübhəli şəxs qismində saxlanılıb və istintaqa cəlb edilib.
Yerli KİV-lərin məlumatına görə, münaqişəyə Mehdiyevin Əmirovun ünvanına təhqiredici ifadələri səbəb olub.
Mehdiyev bundan əvvəl qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq mühakimə edilmişdi və bu yaxınlarda azadlığa çıxıb. 06D
Rəy yaz