Мустафа Гаджибейли
M.Hacıbəylinin şərti olaraq 5,5 il müddətinə azadlıqdan məhrum edib
Bakı/21.02.19/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin barəsində hökm oxunub. Məhkəmə onu Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə çağırışlar), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə təqsirli bilib.
Eyni zamanda M.Hacıbəylinin Qarabağ müharibəsində iştirakını, himayəsində həddi-büluğa çatmayan uşaqların olduğunu nəzərə alaraq məhkəmə CM-in şərti cəza haqqında 70-ci maddəsini tətbiq edib. Sonda məhkəmə jurnalisti 2 il sınaq müddəti olmaqla şərti olaraq 5,5 il müddətinə azadlıqdan məhrum edib. Bu, o deməkdir ki, əgər 2 il ərzində M.Hacıbəyli "yeni cinayət" törətməsə cəza müddəti tam çəkilmiş hesab olunacaq.
Hökm oxunmazdan öncə jurnalist yekun sözlə çıxış edib. O, cinayət işini qanunsuz və əsassız adlandırıb.
M.Hacıbəyli onun vəzifəli şəxs kimi təqdim olunmasını və vəzifə cinayətlərində ittihamı absurd adlandırıb.
"Mənim nəinki vəzifəm, heç iş yerim də yoxdur. Prokurorluğun sorğusu ilə Konstitusiya Məhkəməsi vəzifəli şəxslərin siyahısını açıqlayıb və jurnalistlər ora daxil edilməyib", - M.Hacıbəyli vurğulayıb.
M.Hacıbəyli ona bəraət verilməsini xahiş edib.
O qeyd edib ki, hər zaman söz azadlığının müdafiəçisi olaraq qalacaq.
Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.
* İyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işinin qaldırıldığını bildirmişdi. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət etmişdi.
Öncə M.Hacıbəyli iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da müttəhim statusuna keçirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
M.Hacıbəylinin barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilib. O, ittihamları rədd edib.-21C--
-
- İqtisadiyyat
- 21 Fevral 2019 13:30
-
- Siyasət
- 21 Fevral 2019 13:44
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 294
-
- Bazarların icmalı,
- 14:22
- 244
Rəy yaz