Mikroavtobusun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb
Bakı/23.05.19/Turan: "Mercedes" markalı mikroavtobusun Yevlax-Xaldan-Mingəçevir yolunda (Bakıdan 290 kilometr qərb) hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildiriblər ki, mikroavtobusda olan 25 nəfərdən 2-si hadisə yerində ölüb, 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yevlax Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, 2 nəfər reanimasiyaya yerləşdirilib, 1 nəfərin vəziyyəti ağır, digərinin isə durumu orta-ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır. -03D-
-
- Cəmiyyət
- 23 May 2019 11:55
-
- Mədəniyyət
- 23 May 2019 12:07
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz