Molokanların keçmiş ibadətxanasında kino festivalı keçirilir
Bakı/23.05.19/Turan: Bakının mərkəzində tarixi binanın (molokanların keçmiş ibadətxanası) qorunması uğrunda mübarizəsi ilə məşhurlaşan Salaam Cinema İctimai Gənclər Birliyi mayın 23-dən 26-na qədər Süleyman Rüstəm küçəsi, 10 ünvanında yerləşən bu binada IN-VISIBLE kino festivalını keçirir.
Festivalın təşkilinə digər qeyri-formal gənclər təşkilatları da qoşulub.
Tədbir Niderlandın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə keçirilir.
Festival çərçivəsində mayın 23-də saat 19:00-da "Bığlı qadın. Saqqalsız kişi" adlı bədii sərginin açılışı olacaq.
Saat 19:15-də ODA teatrının ifasında "Qadın səsi" teatr tamaşası nümayiş olunacaq.
Saat 20:00-da Kann festivalının qalibi (2018), Hollandiyalı rejissor Lukas Horstun "Qızlar" filminin nümayişi olacaq.
Saat 22:30-da konsert başlayacaq.
Festival günləri ərzində səkkiz filmin nümayişi və daha sonra müzakirələri olacaq.
Women sənədli filmi Azərbaycan kinematoqrafçıları tərəfindən çəkilib. Bütün filmlər Azərbaycanda ilk dəfə nümayiş olunur, deyə Salaam Cinema fəallarından Leyli Qafarova Turan-a bildirib.
"Binanın gələcək statusunun və taleyinin müəyyən edilməsi ilə məşğul olması tapşırılan Gənclər Fondundan bildiriblər ki, biz iki ay burada qala bilərik", deyə Qafarova bildirib.
Digər gənc fəal İlkin Hüseynov bildirib ki, fəallar binanın dövlət tərəfindən mühafizə olunan tarix və ya memarlıq abidəsi statusu alacağı anı gözləyirlər.
Salaam Cinema bu ilin fevralında 1913-cü ildə tikilmiş və tərk edilmiş binanı kirayə götürüb. Orada kino nümayişləri, sərgilər, mədəniyyət mövzusunda müzakirələr aparılırdı.
Mayın əvvəllərində bina sahibi polisin dəstəyi ilə fəalları köçürməyə çalışıb.
Gənclər ictimaiyyətin dəstəyi ilə binanı müdafiə edib, gecə-gündüz növbə çəkib.
Mayın 7-də birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, Bakıda Süleyman Rüstəm küçəsində qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altına götürülüb. -0-
-
- Cəmiyyət
- 23 May 2019 12:06
-
- İqtisadiyyat
- 23 May 2019 12:23
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Rəy yaz