Milli Şura fevralın 23-nə mitinq təyin etdi
Bakı/17.02.19/Turan: Milli Şura fevralın 23-də saat 15-dən 17-dək Məhsul stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.
Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib.
"Mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və başqa demokratik çağırışlardan ibarətdir. Sevgili millət siz bizdən mitinq tələb edirdiniz, Milli Şura da bu mitinqə qərar verdi. Buyurun, indi söz sizindir!", Həsənli facebook səhifəsində yazıb.
Bundan öncə, Milli Şura yanvarın 26-da Bakıda "Məhsul" stadionunda "Siyasi məhbuslara azadlıq" tələbi ilə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirlməsini məqsədəuyğun saymayıb.
Milli Şura bu il ilk mitinqini yanvarın 19-da keçirib. Bu müxalifətin son illərdə ən izdihamlı aksiyası olub.
Mitinq ərəfəsində və mitinqdən sonra 50-dən çox müxalifət fəalı, əsasən də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları saxlanılıb. Onlardan əksəriyyəti müxtəlif ittihamlarla, o cümlədən polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Bununla yanaşı, mitinqdə iştirak edən çoxsaylı insanların mobil telefonuna zəng edilərək polisə dəvət edilib.-03D06
-
- Söz istəyirəm
- 16 Fevral 2019 17:58
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz