Mingəçevir sakini dövlətə xəyanətə görə həbs edilib
Bakı/11.02.19/Turan: Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dövlətə xəyanətdə şübhəli bilinən Mingəçevir sakini Anar Ələkbərovu saxlayıb.
DTX-nın məlumatında deyilir k, 2016-cı ilin martında A.Ələkbərov xaricdə olarkən bu ölkənin xüsusi xidməti tərəfindən pul müqabilində gizli əməkdaşlığa cəlb edilib. Ona xaricdə ticarət əlaqələri olan Azərbaycan vətəndaşları haqda məlumat toplamaq və işgüzar münasubətlər adı altında onlar ilə xüsusi xidmət arasında əlaqə yaratmaq tapşırılıb.
Həmçinin ona Azərbaycanın xüsusi xidmət əməkdaşları, Azərbaycandakı bəzi xarici səfirliklərin nümayəndələri və hərbi hisssələr haqda məlumat toplamaq tapşırılıb.
Araşdırma zamanı məlum olub ki, A.Ələkbərov topladığı informasiyanı müdafiə olunduğunu düşündüyü mobil İnternet əlavəsi vasitəsilə xarici xüsusi xidmətə göndərib. Həmçinin iş üzrə digər çoxsaylı sübutlar toplanıb. A.Ələkbərov öz əməlini etiraf edib. O, Azərbaycan CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmənin qərarı ilə həbs olunub.
Məlumatda onun hansı dövlətə işlədiyi açıqlanmır. -02D-
-
- Təhlükəsizlik
- 11 Fevral 2019 00:32
-
- Cəmiyyət
- 11 Fevral 2019 11:00
Cəmiyyət
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
-
Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntısız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 8+13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Gənclər ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji həllərini təqdim ediblər Yanvarın 18-də Oxbridge Academy-də Azercell və “Eventify” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf” hakatonu baş tutub. Layihə gənclərə potensiallarını reallaşdırmağa imkan yaratmaq, eləcə də ətraf mühitin qorunmasına yönəlmiş texnoloji həlləri ərsəyə gətirmək məqsədini daşıyıb. Tədbir həmçinin startap ekosisteminin inkişafına töhfə verərək iştirakçılara öz innovativ ideyalarını həyata keçirmək üçün effektiv platforma rolunu oynayıb.
Rəy yaz