
monitortv.info-dan Ə.Həsənovun barəsində tənqidi məqalələrin saytdan çıxarılmasını tələb ediblər
Bakı/06.08.18/Turan: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi www.monitortv.info saytına məktub-xəbərdarlıq göndərərək "Əli Həsənovun biznes şəbəkəsi ifşa olundu - Azərbaycan mətbuatının qara qutusu" , "Əli Həsənov nəyə görə məzuniyyətə göndərildi?- "Həsən ağa"nın dövrü bitir" başlıqlı məqalələrin çıxarılmasını tələb edib.
Mərkəz sözüdedən yazılarda böhtan və yalanın olduğunu bildirib.
Elektron Təhlükəsizlik Mərkəzi "İnformasiya, informasiyalaşdırma və informasiyanın qorunması haqqında" qanunun 13-3-cü maddəsinə əsasən 8 saat ərzində həmin materialların saytdan çıxarılmasını tələb edib.
Saytın redaktoru İsmayıl İsmayıllı Turan-a bildirib ki, sözügedən məqalələrdə hər hansı qərəz və böhtan yoxdur.-0-
Rəy yaz