
Moskvada azərbaycanlılarla çeçənlər arasında dava olub
Moskva/15.02.19/Turan: Fevralın 14-də Moskvanın cənub-şərqində kafedə kütləvi dava olub.
5TV telekanalının məlumatına görə, mübahisə zamanı bir çeçen azərbaycanlını təhqir edib. Sonradan azərbaycanlılar təhqir edən şəxsi tapıb döyüblər.
Bundan sonra azərbaycanlıya məxsus həmin kafeyə 100-ə yaxın çeçen gələrək kütləvi dava salıb, atışma olub.
Hadisə yerinə gələn polis 20 nəfəri saxlayıb.
Azərbaycan səfirliyinin reaksiyası hələlik məlum deyil. Moskva hüquq-mühafizə orqanları saxlanılan şəxslərin adlarını və həyata keçirilən hüquqi tədbirləri açıqlamır.-02D-
-
- Cəmiyyət
- 15 Fevral 2019 10:26
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz