Завен Карапетян
Müdafiə Nazirliyi saxlanılan erməninin dindirilməsinə dair video yayıb
Bakı/21.06.17/Turan: İyunun 21-də günün ikinci yarısında Azərbaycan Müdafiə Nazirliyi Zaven Karapetyanın (1974-cü ildə anadan olub) dindirilməsinə dair video yayıb. O, Noyemberyan rayonunun Dovex kəndində anadan olduğunu bildirib.
Onun sözlərinə görə, pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunur.
Əlverişsiz hava şəraitindən, yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəliləyib.
"Məqsədimiz Azərbaycan ordusunun yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub", - o bildirib.
Qrupun tərkibində iki nəfər yaralı olub və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçıblar.
"Mən qaça bilmədim və gizlənmək qərarına gəldim. Sonra azərbaycanlı əsgərlər məni ələ keçirdilər", - o qeyd edib.
Hələlik Müdafiə Naziliyi başqa məlumat yaymayıb.-02D-
-
- Söz istəyirəm
- 21 İyun 2017 15:47
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz