
Bakı/18.01.19/Turan: Müsavat Partiyasının qərargah-mənzilində "Mehman Hüseynova və bütün digər siyasi məhbuslara azadlıq!" tələbi ilə aclıq aksiyası davam edir.
Aksiya iştirakçısı, araşdırmaçı jurnalist Xədicə İsmayılovanın Turan-ın müxbirinə verdiyi məlumata görə, ondan başqa daha 4 nəfər: fəal Aygül Cəfərova, Zəfər Əhmədov (siyasi məhbus Fuad Əhmədlinin atası), Rafiq Baxışov (siyasi məhbus Orxan Baxışlının atası) və Rövşən Niftalızadə aksiyanı davam etdirir.
İsmayılovanın sözlərinə görə, aksiyaya yanvarın 15-də qoşulmuş iştirakçıların səhhətində hələlik hər hansı ağırlaşma halları yoxdur.
Xatırladaq ki, aksiya dekabrın 26-da irəli sürülmüş yeni cəzaçəkmə müəssisəsinin əməkdaşını döymə ittihamına etiraz olaraq aclıq elan edən bloger Mehman Hüseynovla həmrəylik əlaməti olaraq keçirilir. -06D-
Rəy yaz