Müsavatçılar polisə çağırılır
Bakı/31.07.19/Turan: Müsavat Partiyasının Nərimanov təşkilatının sədri Namiq Niftiyev "profilaktik söhbət" üçün polisə çağırılıb. Bu barədə Turan-a məlumat verən Niftiyev bildirib ki, onu Nərimanov Rayon 18-ci polis bölməsinə çağıraraq bir neçə saat söhbət ediblər. O güman edir ki, polisə çağırılmasının səbəbi həbsdə olan Müsavat Partiyasının üzvü Azad Həsənova azadlıq tələbi ilə ayın 29-da keçirilmiş aksiyada iştirakı ilə bağlıdır. "Aksiyada saxlanıldım, çox güman ki, yaşayış yerim üzrə polisə məlumat göndəriblər və məni çağırdılar. Düzdür, polisdə bu barədə mənə deməsələr də, söhbətin məğzindən belə başa düşdüm".
Niftiyev əlavə edib ki, söhbət zamanı "ağıllı ol, yoxsa səni istirahətə göndərəcəyik" kimi ifadələr də işlənilib.
Nərimanov Rayon 18-ci polis bölməsindən Turan-a bildiriblər ki, məsələ ilə bağlı məlumatları yoxdur və Namiq Niftiyev adlı vətəndaş bölməyə dəvət olunmayıb.
Müsavat Partiyasının digər üzvü, Şəki təşkilatın sədri Bakıxan Qəribli Şəki Polis Şöbəsinə çağırılıb. O, Turan-a bildirib ki, özünü polis mayoru kimi təqdim edən Aqil Cəfərov adlı şəxs onun telefonuna zəng edərək şöbəyə dəvət edib.
Qəriblinin sözlərinə görə, polisə dəvət ona qarşı vətəndaşın şikayəti ilə bağlı olub. "Vətəndaş şikayətdə bildirib ki, mən onu ölümlə hədələmişəm, halbuki, belə bir hadisə baş verməyib. Bununla bağlı izahat yazdım və sərbəst buraxıldım. Lakin mənə bildirdilər ki, sabah da digər vətəndaşın şikayətilə əlaqədar şöbəyə getməliyəm".
Qəribli qeyd edib ki, partiyanın digər təşkilatlarının sədrlərinə qarşı da şikayətlər verilib və onlar polisə çağırılır. Siyasətçi bu çağırışları təsadüfi saymadığını vurğulayıb.
Şəki Rayon Polis Şöbəsindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb. -21C-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz