Müxalif jurnalistin qohumu həbs edılib
Bakı/17.11.17/Turan: Emin Şagiyev qanunsuz narkotik ticarəti ittihamı ilə həbs edilib.
O, Avropadan yayımlanan mühacirlərin Turan TV peyk telekanalının aparıcısı Türkel Azərtürkün bacanağıdır.
Azərtürk özü bildirib ki, Şagiyevin evinə DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları gəlib. Ona "buradan xaricdəki qohumlarına məlumat ötürdüyünü" deyiblər və aparıblar. Şagiyevə qarşı CM-in 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.
Nərimanov rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Azərtürk bacanağının həbsini özünün müxalif siyasi baxışları və jurnalist fəaliyyəti ilə əlaqələndirib.
Nərimanov rayon məhkəməsində Şagiyevin həbsini təsdiq ediblər.
Azərtürk hazırda Niderlandda mühacirətdədir. Son vaxtlar o, Avropadan yayımlanan Turan TV peyk telekanalında xəbərlər verilişinin aprıcısıdır. Bu ilin yazında Turan TV saytı Azərbaycan ərazisində bloklanıb.
-06D-
Cəmiyyət
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Yanvarın 19-da səhər və axşam paytaxtda yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 7+11 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma ilə bağlı ilk hal aşkarlanıb. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 18 yanvar tarixli birgə məlumatında deyilir.
Rəy yaz