�Nar� rominqdə olanlar üçün əlverişli �Tətil� paketlərini təqdim etdi
"Nar" rominqdə olan abunəçilər üçün əlverişli "Tətil" paketlərini təqdim etdi. Sərfəli internet paketləri sayəsində "Nar" abunəçiləri artıq xaricdə də özlərini evdəki kimi hiss edəcəklər. Bundan sonra səfərdə olarkən, Wi-Fi axtarmağa ehtiyac qalmayacaq. Səfərə çıxdıqda, "Nar"-ın "Tətil"paketlərindən birini sifariş edərək səyahət etmək olduqca sərfəlidir.
Təklif çərçivəsində 200 Mb həcmindəki "Tətil - 2" və 600 Mb həcmindəki "Tətil - 5" paketlərinin qiyməti müvafiq olaraq 2 və 5 AZN təşkil edir. "Tətil" paketləri ABŞ, İsrail, Ukrayna, Gürcüstan, İran, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan kimi ölkələri əhatə edir.
İstifadə müddəti 15 gün olan paketlərdə hesablama intervalı 40 Kb təşkil edir. İnternet paketlərdən öncədən və sonradan ödənişli tariflərin istənilən abunəçisi istifadə edə bilər. Təklif həmçinin "Nar" data nömrələri üçün nəzərdə tutulub. Abunəçi istədiyi sayda paket sifariş edə bilər. Bu zaman internet trafikin istifadəsi sonuncu sifariş olunan paketin tarixinə əsasən hesablanır. "Tətil - 2" paketinə qoşulmaq üçün *777#102#YES, "Tətil - 5" paketinə qoşulmaq üçün *777#105#YES, paketdaxili internet balansını yoxlamaq üçün isə *777#20#YES kodunu yığmaq kifayətdir.
"Nar" rominq xidməti və tariflər haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.®
-
- Cəmiyyət
- 5 İyun 2017 16:42
Cəmiyyət
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
-
Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntısız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 8+13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Gənclər ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji həllərini təqdim ediblər Yanvarın 18-də Oxbridge Academy-də Azercell və “Eventify” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf” hakatonu baş tutub. Layihə gənclərə potensiallarını reallaşdırmağa imkan yaratmaq, eləcə də ətraf mühitin qorunmasına yönəlmiş texnoloji həlləri ərsəyə gətirmək məqsədini daşıyıb. Tədbir həmçinin startap ekosisteminin inkişafına töhfə verərək iştirakçılara öz innovativ ideyalarını həyata keçirmək üçün effektiv platforma rolunu oynayıb.
-
Süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyi bildirib.
Rəy yaz