Г.Ибрагимов. Фото: Кавказский узел
Qiyas İbrahimovun apellyasiya prosesində qalmaqal
Bakı/05.06.17/Turan: Bu gün Bakı Apellyasiya Məhkəməsində gənc fəal Qiyas İbrahimovun şikayətinə baxılması başa çatıb.
Xatırladaq ki, Qiyas İbrahimov və Bayram Məmmədov narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər. Ancaq həbsin əsl səbəbi 2016-cı il mayın 10-da Bakının mərkəzində Heydər Əliyevin abidəsini üzərinə siyasi şüarlar yazmalarıdır.
Amnesty International hüquq-müdafiə təşkilatı onları vicdan məhbusları elan edib.
Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsində Vüqar Məmmədovun sədrliyilə tərəflərin yekun çıxışları olub.
Vəkil Elçin Sadıqov məhkəməni Q.İbrahimova bəraət verilməsinə çağırıb. O qeyd edib ki, müttəhimlə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 5 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə çəkişməsi), 8, 10 və 13-cü maddələri kobud şəkildə pozulub.
Q.İbrahimov deyib ki, "burada çox nağıllar danışılıb. Bir nağılı da özü danışacaq". O deyib: "Bir gün bir saxtakar kralın yanına gəlir". Bu sözləri söyləyən kimi hakim mikrofonu söndürüb. Bu hərəkət gənci əsəbiləşdirib və o, dustaqların saxlandığı "şüşə qəfəs"dəki mikrofonu qoparıb.
Müttəhimin atası Həsən İbrahimov hakimi ittiham edərək deyib ki, vaxt olar onun da övladları müttəhimlər kürsüsündə əyləşə bilər.
Bundan sonra hakim göstəriş verib ki, fəalın atası zaldan çıxarılsın.
Q.İbrahimovun anası hakimi ədalətsizlikdə, saxtakarlıqda ittiham edib.
Qısa məşvərətdən sonra hökmün qüvvədə qaldığı barədə qərar oxunub.
Öz növbəsində fəal "şüşə qəfəs"dən "mantiyalı marionetka" deyə qışqırıb.
Bundan sonra hakim tələsik zalı tərk edib.
Müdafiə tərəfi hökmdən kassasiya şikayəti vermək niyyətindədir. -03B06--
Cəmiyyət
-
Cinayət tərkibinin əlamətləri olmayan məişət zorakılığı barədə şikayətə baxılması qaydası müəyyənləşdirilib. Prezident İlham Əliyev bununla bağlı "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
-
Bu gün, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qız sessiyası başlayır. Ötən həftə (yanvarın 21-də) bir qrup beynəlxalq insan haqları qurumları AŞPA-nı Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməməyə, yaxud bunu "aydın" şərtlərlə etməyə çağırıb. "Azərbaycanın vətəndaş cəmiyyəti, müstəqil media və siyasi narazıların artan repressiyası Avropa Şurasının dəyərlərini pozmaqdadır. Azərbaycan beynəlxalq mexanizmlərlə israrla əməkdaşlıq etmir, sistematik insan haqları pozuntularını aradan qaldırmır", - AŞPA-ya məktubda deyilir.
-
Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək. Bu barədə yanvarın 27-də Səhiyyə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 264
-
- Cəmiyyət,
- 14:38
- 317
-
- Söz istəyirəm,
- 12:21
- 349
Rəy yaz