Nardaran əməliyyatında öldürülən şəxsin oğlu da həbs olundu
BakI/24.11.17/Turan: 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı qətlə yetirilən yerli sakinlərdən biri Rəfael Bünyadovun oğlu Hüseynağa Bünyadov da həbs olunub. 1998-ci il təvəllüdlü H.Bünyadov noyabrın 20-də saxlanılıb və az sonra polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.
17 yaşlı H.Bünyadovun yaxınları AzadlıqRadiosuna polisə müqavimət ittihamının yalan olduğunu, polislərin onu Nardaranda yaşadığı evin qarşısından tutub apardığını deyir. Yaxınlarının sözlərinə görə, Hüseynağa bir neçə gün öncə Facebook səhifəsində Nardaran əməliyyatında öldürülən dörd nəfərin məzarının fotosunu paylaşmışdı. Onların fikrincə, H.Bünyadovu bu paylaşıma görə cəzalandırıblar.
"Bu uşağın heç 18 yaşı tamam olmayıb, nə istəyirlər ondan? Atasını öldürdülər, əmisini öldürdülər, başqa bir əmisini iflic eləyib, yatağa saldılar, bəs deyil bunlara?", - H.Bünyadovun yaxınları belə deyir.
2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda ikisi polis, dördü isə yerli sakin olmaqla, 6 nəfər öldürülüb. Əməliyyat zamanı saxlanılan şəxslərdən "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və onun müavini Abbas Hüseynovun hər biri 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, saxlanılarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum edilib.
T.Bağırov və onunla birlikdə həbs olunanlar qəsdən adam öldürmə, terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və başqa maddələrlə suçlanır. Amma onlar ittihamları rədd edirlər. Bildirirlər ki, onların heç birində silah olmayıb, namaz qıldıqları vaxt polislər evə hücum edərək atəş açıblar.
Nardaran məhbusları məhkəmədə bildiriblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.-0-
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz